Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtər rayonunda “Heydər Əliyev və Mədəniyyətimiz” adlı bilik yarışması keçirilib

06 aprel 2023 | 15:43

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibəti ilə Bərdə Regional Mədəniyyət İdarəsinin əhatə etdiyi rayon və şəhərlərdə (Bərdə, Tərtər, Yevlax, Mingəçevir) yerləşən tam orta məktəblərin şagirdləri arasında “Heydər Əliyev və Mədəniyyətimiz” adlı bilik yarışmasına start verilib.

Bərdə Regional Mədəniyyət İdarəsi ilə yanaşı Qarabağ Regional Təhsil İdarəsi və Mərkəzi Aran Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən müsabiqənin məqsədi Ulu öndər Heydər Əliyev irsinin öyrənilməsi, təbliği, milli-mənəvi dəyərlərimizin gələcək nəsillərə aşılanmasıdır.

Yarış ilk öncə Torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin və Ulu öndər Heydər Əliyevin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbirdə çıxış edən Tərtər rayon İcra Hakimiyyətinin əməkdaşı Tunarə Məmmədzadə və Bərdə Regional Mədəniyyət İdarəsinin əməkdaşı Ceyhun İsmayılzadə bildiriblər ki, "Ulu öndər Heydər Əliyev irsi milli sərvətimizdir. Müstəsna xidmətləri ilə əbədilik qazanan Ümummilli lider Heydər Əliyevin mənalı həyat yolu zəngin və çoxşaxəli irsi tükənməz ibrət məktəbidir. Heydər Əliyevin hakimiyyətə gəlişi ilə başlamış, müstəqilliyimiz məhz onun sayəsində əbədi və dönməz xarakter almışdır. Müzəffər Ali baş komandan İlham Əliyev haqqında "Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm" deyən Ulu öndərin bu inamını zaman təsdiq edir və biz qalib xalq kimi yaşayırıq". 

Müsabiqə çərçivəsində hər şəhər və ya rayon üzrə 4 komanda müəyyənləşdirilib, ilkin müəyyənləşdirilən komandaların hər birinin öz rayon və ya şəhərlərində yarışmaları nəzərdə tutulub . Rayon və şəhərlər üzrə qalib komandalar yekunda regional idarəyə dəvət olunacaq və final mərhələsi baş tutacaqdır.

Qeyd edək ki, yarışmanın ilkin mərhələsinə Tərtər rayonunda start verilib. Yarışmada Tərtər rayonundan 4 komanda iştirak etmiş, 1 nömrəli tam orta məktəbdən “Zəfər” komandası, 2 nömrəli məktəb-liseydən “Dəmir yumruq” komandası, Ələsgərli kənd tam orta məktəbdən “Zəfər” komandası, Umudlu kənd tam orta məktəbdən “Volunteers” komandası iştirak etmiş və final mərhəsinə Zəfər” və “Volunteers” komandaları çıxmışdır. Finalda “Volunteers”  komandası qalib gələrək növbəti mərhələyə vəsiqə qazanmışdır.

Yarışda iştirak etmiş komandalar Regional idarə tərəfindən Fəxri Fərman və Təşəkkürnamə ilə təltif olunub.

Keçidlər