Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtər rayonunda fövqəladə hallar komissiyasının müşavirəsi keçirilib

27 noyabr 2025 | 15:50

Son günlər ölkənin müxtəlif bölgələrində baş verən fövqəladə hadisələr fonunda təhlükəsizlik tədbirlərinin daha da gücləndirilməsi məqsədilə Tərtər rayon Fövqəladə Hallar Komissiyasının müşavirəsi keçirilib.

YAP Tərtər Rayon Təşkilatının inzibati binasında keçirilən müşavirədə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, FHN-nin Qarabağ Regional Mərkəzinin Ərazi Orqanları ilə İş şöbəsinin rəisi, daxili xidmət polkovnik-leytenantı Elvin Əlizadə, FHN-nin Qarabağ Regional Mərkəzinin Ərazi Orqanları ilə İş şöbəsinin baş zabiti, daxili xidmət leytenantı Ceyhun Səlimov və rayon Fövqəlada Hallar Komissiyasının üzvləri iştirak ediblər.

Tədbirdə çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov mövcud təhlükəsizlik məsələlərinin aktuallığını qeyd edərək, çoxmənzilli yaşayış binalarına və zirzəmilərinin vəziyyətinə baxış keçirilməsi, binaların ətrafındakı əlavə tikililərin təhlükəsizlik baxımından qiymətləndirilməsi, həmçinin qaz xətlərinin texniki durumunun operativ şəkildə yoxlanılması barədə tapşırıqlar verib. Bildirib ki, baş verəcək fövqaladə halların qarşısının alınması üçün potensial risklər vaxtında müəyyənləşdirilərək müvafiq tədbirlər görülməlidir.

İclasda çıxış edən FHN-nin Qarabağ Regional Mərkəzinin Ərazi Orqanları ilə İş şöbəsinin rəisi, daxili xidmət polkovnik-leytenantı Elvin Əlizadə və fövqəladə hallar komissiyasının üzvləri də təhlükəsizlik mexanizmlərinin gücləndirilməsi, fövqəladə hallar zamanı operativ fəaliyyətin təmin olunması və qurumlararası koordinasiyanın artırılmasının vacibliyini vurğulayıblar. Qeyd olunub ki, lazımi monitorinqlər mütəmadi şəkildə aparılmalı, aşkar edilən nöqsanlar barədə komissiyaya operativ məlumat verilməli və zəruri profilaktik tədbirlər görülməlidir.

Qış mövsümündə yarana biləcək əlavə risklər də nəzərə alınaraq, fövqəladə halların qarşısının alınması istiqamətində kompleks tədbirlərin davam etdirilməsi qərara alınıb.

Konfransdan sonra Tərtər rayon Fövqəladə Hallar Komissiyasının üzvləri tərəfindən bir neçə çoxmənzilli yaşayış binasına baxış keçirilib, aşkarlanmış çatışmazlıqların aradan qaldırılması üçün aidiyyəti şəxslərə müvafiq tapşırıqlar verilib.

Qeyd olunub ki, bu kimi tədbirlər bundan sonrada mütamadi olaraq davam etdiriləcəkdir.

Keçidlər