Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtər rayonunda "Əmək yarmarkası" keçirilib

23 sentyabr 2025 | 15:01

Dövlət Məşğulluq Agentliyinin Qarabağ RMF filialı və Tərtə rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Tərtər şəhərində 23.09.2025-ci il tarixində 16 işəgötürən ilə əmək yarmarkası təşkil olunmuşdur.

Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Dövlət Məşğulluq Agentliyinin Qarabağ Regional Məşğulluq Filialının müdiri Babək Tağıyev yarmarkaya qatılan sakinlərlə görüşüb, onların qayğıları ilə maraqlanıb, yarmarkanın təşkili və prosesin dinamikası ilə tanış olublar.

İşəgötürənlər tərəfindən müvafiq vakansiyalara dair tələblər barədə vətəndaşlara ətraflı məlumat verilmiş, işsiz və işaxtaran şəxslərə 98 sayda boş iş yerləri təqdim olunmuşdur. Filial tərəfindən təqdim olunmuş vakansiyalara dair tələblər təhlil olunaraq Nazirliyin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin Əmək və Məşğulluq Alt Sistemində işsiz və işaxtaran şəxs kimi qeydiyyatda olan 163 vətəndaşla iş aparılmış, uyğun namizədlər tədbirə cəlb edilmişdir. Cəlb edilmiş şəxslər arasında müharibə iştirakçıları, qazilər və sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslər yer almaqdadır. İşəgötürən tərəfindən vakansiyalara müraciət edən şəxslərin CV-ləri qəbul edilərək nəzərdən keçirilmiş, uyğun namizədlər növbəti mərhələyə dəvət olunmuşlar.

Keçidlər