Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtər rayonunda dövlət qulluqçuları üçün maarifləndirici təlim keçirilib

09 oktyabr 2025 | 14:57

Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın 1.3-cü bəndlərində nəzərdə tutulan tədbirlər çərçivəsində Dövlət İmtahan Mərkəzi əsas icraçı qurum qismində müəyyən olunub.

Bu məqsədlə  09 oktyabr 2025-ci il tarixində Tərtər Rayon İcra Hakimiyyətinin inzibati binasında rayon üzrə fəaliyyət göstərən dövlət qulluqçuları üçün təlim təşkil edilib.

Təlim Dövlət İmtahan Mərkəzinin əməkdaşları tərəfindən Dövlət qulluğunda vəzifələrin və ehtiyat kadrların idarə edilməsi mövzusunda aparılıb. Tədbirdə dövlət qulluqçularının peşəkar bacarıqlarının artırılması və idarəetmədə müasir yanaşmaların tətbiqi istiqamətində müzakirələr aparılıb.

Keçidlər