Tərtər rayonunda Dövlət İmtahan Mərkəzi tərəfindən dövlət qulluqçuları üçün “Rəhbər vəzifəli şəxslər üçün insan resurslarının idarə edilməsi və liderlik” və “Münaqişələrin idarə edilməsi” mövzusunda təlim keçirilib
Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 30 dekabr tarixli 3696 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019-2025-ci illər üçün Strategiya”nın 2023-2025-ci illərdə icrası üzrə fəaliyyət planının 3.2-ci bəndlərində nəzərdə tutulmuş tədbirlər üzrə Dövlət İmtahan Mərkəzi əsas icraçı qurum olduğu üçün Mərkəz tərəfindən 2023-cü ilin sonuna qədər Azərbaycan Respublikasının inzibati bölgüsünə əsasən bütün regionlarda dövlət qulluqçuları üçün təlimlər keçirilir.
07 dekabr 2023-cü il tarixində Tərtər Rayon İcra Hakimiyyətində Dövlət İmtahan Mərkəzi tərəfindən “Rəhbər vəzifəli şəxslər üçün insan resurslarının idarə edilməsi və liderlik” və “Münaqişələrin idarə edilməsi” mövzularında təlim keçirib.
Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən təlimdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı aparatının əməkdaşları, rayonda fəaliyyət göstərən idarə və müəssisələrdə çalışan dövlət qulluqçuları da iştirak edib.
Təlimdə mövzular üzrə münaqişə anlayışı, növləri, münaqişəyə səbəb olan amillər, davranış strategiyaları və qarşı tərəfin emosional davranışına konstruktiv reaksiya, eləcə də rəhbər vəzifəli şəxslər üçün insan resurslarının idarə edilməsinin əsas funksiya və prinsipləri, əmək bölgüsü, kadr siyasəti və onun problemlərindən söz açıblar. Təlimçilər eyni zamanda iştirakçıları maraqlandıran sualları da ətraflı cavablandırıblar.