Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtər rayonunda Dövlət İmtahan Mərkəzi tərəfindən dövlət qulluqçuları üçün “Dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi qaydaları” və “Dövlət qulluğunda etik davranış qaydaları və korrupsiya ilə mübarizə” mövzusunda təlim keçirilib

05 dekabr 2023 | 15:43

Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 30 dekabr tarixli 3696 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019-2025-ci illər üçün Strategiya”nın 2023-2025-ci illərdə icrası üzrə fəaliyyət planının 2.3-cü bəndlərində nəzərdə tutulmuş tədbirlər üzrə Dövlət İmtahan Mərkəzi əsas icraçı qurum olduğu üçün Mərkəz tərəfindən 2023-cü ilin sonuna qədər Azərbaycan Respublikasının inzibati bölgüsünə əsasən bütün regionlarda dövlət qulluqçuları üçün təlimlər keçirilir.

05 dekabır 2023-cü il tarixində Tərtər Rayon İcra Hakimiyyətində Dövlət İmtahan Mərkəzi tərəfindən “Dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi qaydaları” və “Dövlət qulluğunda etik davranış qaydaları və korrupsiya ilə mübarizə” mövzularında təlim keçirib.

Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən təlimdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı aparatının əməkdaşları, rayonda fəaliyyət göstərən idarə və müəssisələrdə çalışan dövlət qulluqçuları da iştirak edib.

Təlimdə dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsinin məqsədi, qiymətləndirmə prosesinin planlaşdırılması və həyata keçirilməsi, qiymətləndirilmənin nəticəsinə əsasən tətbiq edilməli tədbirlər və vəzifələr, dövlət qulluqçularının etik davranış qaydaları və onların əhəmiyyəti, korrupsiya ilə mübarizə və etik davranış qaydalarının tətbiqi məsələləri, korrupsiya anlayışı, korrupsiya ilə əlaqədar hüquqpozmaların subyektləri, korrupsiya hüquqpozmalarının növləri və məsuliyyət, korrupsiyaya qarşı mübarizə metodları və vasitələri, müvafiq sahədə beynəlxalq təcrübə, Azərbaycan Respublikasında korrupsiyaya qarşı mübarizədə əldə edilmiş nailiyyətlər və digər qaydalar barədə məlumat verilib.

Təlimin sonunda müvafiq mövzu ilə bağlı iştirakçıların sualları cavablandırılıb.

Keçidlər