Tərtər rayonunda Dövlət İmtahan Mərkəzi tərəfindən dövlət qulluqçuları üçün Dövlət qulluğuna dair qanuvericiliyin tətbiqi mövzusunda təlim keçirilib
Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın 1-3-cü bəndlərində nəzərdə tutulmuş tədbirlər üzrə Dövlət İmtahan Mərkəzi əsas icraçı qurum olduğu üçün Mərkəz tərəfindən 2023-cü ilin sonuna qədər Azərbaycan Respublikasının inzibati bölgüsünə əsasən bütün regionlarda dövlət qulluqçuları üçün təlimlər keçirilir.
04 dekabr 2023-cü il tarixdə Tərtər Rayon İcra Hakimiyyətində Dövlət İmtahan Mərkəzi tərəfindən “Dövlət qulluğuna dair qanunvericiliyin tətbiqi” mövzularında təlim keçirib.
Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən təlimdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı aparatının əməkdaşları, rayonda fəaliyyət göstərən idarə və müəssisələrdə çalışan dövlət qulluqçuları da iştirak edib.
Təlim zamanı “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun məqsədi, dövlət qulluğu və dövlət qulluqçusu anlayışı, dövlət qulluğunun vəzifə və prinsipləri, dövlət orqanlarının təsnifatı, dövlət qulluğu vəzifəsi anlayışı, dövlət qulluqçularının ixtisas dərəcələri, dövlət qulluqçularının hüquq və vəzifələri, dövlət məvacibi, dövlət qulluğuna qəbul, dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi, dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi, dövlət qulluğuna xitam verilməsi barədə təlim iştirakçılarına məlumat verilib.Təlimin sonunda müvafiq mövzu ilə bağlı iştirakçıların sualları cavablandırılıb.