Tərtər rayonunda "9 noyabr-Bayraq Günü" münasibətilə intellektual yarış keçirilmişdir
Tərtər Rayon İcra Hakimiyyəti tərəfindən "9 noyabr-Bayraq Günü" münasibətilə təsdiq edilmiş tədbirlər planına uyğun olaraq məktəblilər arasında "Xəmsə" Milli İntellektual Oyunu üzrə rayon çempionatı keçirilmişdir.
Yarışda 16 məktəb komandası iştirak etmişdir.
Yarışın keçirilməsində əsas məqsəd "Dövlət Bayrağı Günü"nün rayonda yüksək səviyyədə qeyd edilməsindən, yeniyetmələr arasında biliyin və elmin nüfuzunun artırılmasından, eləcə də onların zehni inkişafının stimullaşdırılmasından ibarət olmuşdur.
1-5 noyabr tarixlərdə keçirilən çempionatda l yeri Umudlu kənd tam orta məktəbin komandası, ll yeri Köçərli kənd tam orta məktəbin komandası, lll yeri isə Qapanlı kənd tam orta məktəbin komandası tutmuşdur.
Qalib komandalar Tərtər rayon Gənclər və İdman İdarəsinin müvafiq diplomları ilə təltif edilmişlər.