Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtər rayonunda 27 sentyabr-Anım Günü qeyd olunub

27 sentyabr 2024 | 13:22

Tərtərdə 27 sentyabr-Anım Günü ilə əlaqədar Şəhidlər Abidə Kompleksinin önündə rəsmi anım tədbiri keçirilib.

Anım tədbirində Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP rayon təşkilatının, Ağsaqqallar Şurasının sədrləri, şəhid ailələrinin üzvləri, qazilər, müharibə veteranları, rayon ictimaiyyətinin nümayəndələri də iştirak ediblər.

Əvvəlcə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda edən əsgər və zabitlərimizin xatirəsi yad edilib,  Dövlət Himni səsləndirilib, Qafqaz Müsəlmanları idarəsinin səlahiyyətli nümayəndəsi, Tərtər Cümə Məscidinin imamı Sadiq Cəfərov tərəfindən  şəhidlərin ruhuna dualar oxunub.

Anım tədbirində çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov 44 günlük Vətən müharibəsində qazanılan qələbədən, Vətən uğrunda canlarını qurban verən həmyerlilərimizdən söhbət açıb, müharibə dövründə rayonumuza dəyən ziyandan danışıb. Bildirib ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 gün davam edən hərbi əməliyyatlar nəticəsində Azərbaycan Ordusu Ermənistanın silahlı qüvvələrini məhv edərək tariximizə yeni bir gün yazdı və şəhidlərimizin qisası alındı. 19 sentyabr 2023-cü il tarixdə isə ordumuz işğaldan azad edilmiş ərazilərdə lokal xarakterli antiterror əməliyyatları keçirdi, suverenliyimiz tam bərpa olundu.

19 sentyabr antiterror əməliyyatlarının ildönümü ərəfəsində Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, 2023-cü il sentyabrın 20-də Azərbaycan Respublikasının bütün ərazisində qanunun aliliyinin təmin olunduğunu və Azərbaycan Respublikasının dövlət suverenliyinin bərpa edildiyini nəzərə alaraq respublika prezidenti cənab İlham Əliyev hər il sentyabrın 20-sinin Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü kimi qeyd edilməsi ilə bağlı, 18 sentyabr 2024-cü il tarixdə isə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 31 iyul tarixli 4013 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə” sərəncam imzaladı. İndi biz həmin şəhərlərin işğalı gününü deyil, şəhər günlərini qeyd edirik.

 

“27 Sentyabr - Anım Günü” Vətən müharibəsində canlarından keçmiş şəhidlərimizə dərin ehtiramın ifadəsidir.

Rayon rəhbəri çıxışında qeyd edib ki, 44 günlük Vətən müharibəsində qəhrəman tərtərlilər yüksək dözüm, dəyanət nümayiş erdirdilər. Ön cəbhədə olduğu kimi arxa cəbhədə də mülki insanlar  şəhid oldu, yaşayış məntəqələrimiz atəşə tutuldu, ancaq  düşmənə bir qarış da torpaq verilmədi. Vətən müharibəsində Ermənistan silahlı birləşmələri beynəlxalq hüquq normaları ilə müəyyən olunmuş qaydaları pozaraq, Tərtər şəhəri də daxil olmaqla rayonun yaşayış məntəqələrinə 16 min 277 top, tank, qrad mərmisi, 21 qadağan olunmuş raket atıb, bəzi günlərdə Tərtərə 2000-dən çox mərmi atılıb. “Tərtər şəhəri II Dünya müharibəsindən sonra Avropanın ən çox bombalar və raketlərin atıllmış olduğu  şəhərlərindən biridir!”

Ermənistanın silahlı birləşmələri tərəfindən mülki şəxslərin çoxsaylı əmlakına ciddi ziyan vurulmuş, yaşayış evləri, çoxmənzilli yaşayış binaları, qeyri-yaşayış sahələri dağıdılmışdı. Ümumilikdə, düşmən tərəfin silahlı birləşmələrinin dinc əhalini atəşə tutması nəticəsində 16 nəfər qətlə yetirilmiş, 63 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb ki, onların arasında qadın və uşaqlar da var.

Vətən müharibəsində rayonumuzda  46 hərbi qulluqçu şəhid olub, 57 nəfər hərbi qulluqçumuz isə yaralanaraq sağlamlığını itirib. 1554 nəfər Vətən müharibəsi veteranımız var.

İşğal altında olan torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına azad olundu.

Sonra Vətən Müharibəsi Qəhrəmanı, şəhid polkovnik-leytenant Anar Əliyevin atası Vaqif Əliyev çıxış edib, şəhər 1 saylı tam orta məktəbinin şagirdləri şəhidlərə, Vətənə həsr edilmiş şerlər söyləyiblər.

Sonda ziyarətçilər tərəfindən Şəhidlər Abidə Kompleksinin önünə gül-çiçək dəstələri düzülüb, şəhidlərin xatirəsi ehtiramla anılıb.

Keçidlər