Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtər rayonu İsmayılbəyli kənd sakinləri ilə suvarma suyunun istifadə edilməsi üçün maarifləndirici görüş keçirilib

13 aprel 2026 | 11:35

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq mütəmadi surətdə Tərtər Rayon İcra Hakimyyəti başçısı tərəfindən həm rayon icra hakimiyyətində, həm də yerlərdə vətəndaş qəbulları keçirilir. Keçirilən qəbullarda vətəndaşları narahat edən məsələlər yerində öyrənilir və onların rastlaşdıqları problemləri həll olunaraq, vətəndaş məmnunluğu təmin olunur.

Tərtər Rayon İcra Hakimiyyəti başçısının İsmayılbəyli kəndində keçirilən səyyar qəbul görüşü zamanı kənd sakinləri müraciət edərək suyun normaya uyğun verilməsini xahiş ediblər.

Müraciət əsasında rayon icra hakimiyyəti başçısının göstərişi ilə Tərtər Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəisi Murad Zeynalov, Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin 7 saylı Qarabağ Regional Bölməsinin rəisi Sərdar Əhmədov, həmçinin aidiyyəti icra və bələdiyyə nümayəndələri tərəfindən əraziyə baxış keçirilmiş, Tərtər rayonu İsmayılbəyli kənd ərazisində suyun normaya uyğun bölgüsü üçün sakinlərə növbəli suvarmanın vacibliyi izah olunmuşdur.

Vətəndaşlar müraciətlərin qısa müddətdə araşdırılmasından razı qaldıqlarını bildirərək, dövlətimizin başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını ifadə ediblər.

Keçidlər