Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtər Rayon Prokurorluğunun əməkdaşları peşə bayramlarını yüksək əhval-ruhiyyə ilə qeyd ediblər

01 oktyabr 2024 | 12:38

Tərtər Rayon Prokurorluğunun əməkdaşları peşə bayramlarını və Milli prokurorluq orqanlarının yaradılmasının 106-cı ildönümünü  yüksək əhval-ruhiyyə ilə qeyd ediblər.

Bu münasibətlə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov hüquq mühafizə orqanlarının rəhbərləri, YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov, Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi Qədir Babayev və rayon prokurorluğunun əməkdaşları ilə birlikdə  Mərkəzi Meydanda Ulu öndər Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, onun abidəsinin önünə gül dəstələri düzüblər.

Sonra tədbir rayon prokurorluğunun inzibati binasında davam etdirilib.

Tədbiri Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov açaraq prokurorluq işçilərini peşə bayramları münasibəti ilə təbrik edib, Ümummilli lider Heydər Əliyev ideyalarının həyata keçirilməsi, Azərbaycan Respublikasının möhtərəm Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə doğma ölkəmizin tərəqqisi və yüksəlişi, dövlətçiliyimizin möhkəmləndirilməsi, vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi sahəsində onlara şərəfli fəaliyyətlərində  yeni-yeni uğurlar arzulayıb.

Azərbaycan Respublikası Prokurorluğu orqanlarının bu gün dünya standartlarına uyğun fəaliyyəti qanunçuluq, hər kəsin qanun qarşısında hüquq bərabərliyi, insan və vətəndaş hüquqlarının təmin olunması prinsiplərinə əsaslanan, demokratik cəmiyyətdə özünəməxsus yer tutan orqan kimi formalaşması və prokurorluq orqanlarının konstitusion statusa malik olmaqla dövlət idarəetməsində mühüm əhəmiyyət daşıması yalnız Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında başlanan və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilən hüquq islahatları və hərtərəfli dövlət dəstəyi nəticəsində mümkün olub.

Rayon rəhbəri bildirib ki, dörd il bundan öncə 30 il işğal altında olan torpaqlarımızın Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi, rəşadətli ordumuzun igidliyi ilə düşmən işğalından azad edilib, 2023-cü il sentyabrın 19-da başlayan və 24 saatdan da az davam edən lokal xarakterli antiterror tədbirlərinin başlanması və uğurla başa çatması nəticəsində isə Azərbaycan öz suverenliyini bərpa edib.

 2023-cü il sentyabrın 20-də Azərbaycan Respublikasının bütün ərazisində qanunun aliliyinin təmin olunduğunu və Azərbaycan Respublikasının dövlət suverenliyinin bərpa edildiyini nəzərə alaraq respublika prezidenti cənab İlham Əliyev hər il sentyabrın 20-sinin Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü kimi qeyd edilməsi ilə bağlı,18 sentyabr 2024-cü il tarixdə isə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 31 iyul tarixli 4013 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə” sərəncam imzalayıb. İndi biz həmin şəhərlərin işğalı gününü deyil,şəhər günlərini qeyd edirik.

Sonra rayon prokuroru Əli Qurbanov peşə bayramı münasibəti ilə bütün əməkdaşları təbrik edib, Azərbaycan prokurorluğunun yaranma tarixindən, onun keçdiyi şərəfli yoldan söhbət açıb. O, bildirib ki, dahi şəxsiyyət Heydər Əliyevin hər il oktyabr ayının 1-nin Azərbaycan Respublikası prokurorluq işçilərinin peşə bayramı günü kimi qeyd edilməsinə dair imzaladığı 1998-ci il 17 iyul tarixli Sərəncamı bu əlamətdar tarixi əbədiləşdirməklə, reallığı bərpa edib və prokurorluğun demokratik, hüquqi cəmiyyətdə statusu məsələsinə dövlət səviyyəsində münasibət bildirərək, Azərbaycan Respublikasının Baş Prokuroru Kamran Əliyevin təbrikini kollektivə çatdırıb.

Sonra  Tərtər Hərbi prokuroru Emin Vəliyev, Rayon Polis şöbəsinin rəisi Elçin Qasımov, Tərtər rayon Məhkəməsinin sədri Tahir Qubadov, Tərtər Hərbi Məhkəməsinin sədri İlqar Quliyev, YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov, Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi Qədir Babayev çıxış edərək prokurorluq əməkdaşlarını təbrik ediblər.

Tədbirin sonunda xidmətdə fərqlənən bir qrup prokurorluq orqanı əməkdaşına rayon icra hakimiyyətinin fəxri fərmanlarını təqdim edilib.

Keçidlər