Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtər Rayon Mədəniyyət Mərkəzində 27 Sentyabr – Anım Gününə həsr olunmuş tədbir keçirilib

24 sentyabr 2026 | 16:01

        Tərtər Rayon İcra Hakimiyyəti və Qarabağ Regional Mədəniyyət İdarəsinin Tərtər rayonu üzrə nümayəndəliyinin təşkilatçılığı ilə rayon mədəniyyət mərkəzində 27 Sentyabr – Anım Gününə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə rayon icra hakimiyyətinin əməkdaşları, şəhid ailələri, qazilər, müharibə veteranları, mədəniyyət işçiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, sonra Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, suverenliyi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri Qarabağ Regional Mədəniyyət İdarəsinin Tərtər rayonu üzrə nümayəndəsi Fərid Hacıyev açaraq,çıxış edib.O, şəhidlərin xatirəsinin daim əziz tutulduğunu, onların həyat və mübarizə yolunun gənc nəslə örnək olduğunu vurğulayıb. Vətən müharibəsində Azərbaycan xalqının nümayiş etdirdiyi birlik və həmrəylikdən, Müzəffər Ordumuzun qəhrəmanlığından danışıb.

Bildirib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixi Qələbə Azərbaycan xalqının milli qürur mənbəyinə çevrilib

Tərtər Rayon İcra Hakimiyyəti başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Zabil Paşayev  çıxış edərək, 27 Sentyabr – Anım Gününün xalqımızın yaddaşında xüsusi əhəmiyyət daşıdığını bildirib. Qeyd edib ki, 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı tarixi Zəfər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında, şəhidlərimizin qanı – canı və qəhrəmanlığı bahasına əldə olunub. Rəhbər, ordu və xalq birliyi Azərbaycanın dövlət qüdrətini, suverenliyini və tarixi Zəfərini təmin edən sarsılmaz təməldir. Bu birlik sayəsində 30 ildən sonra torpaqlarımız işğaldan azad oldu.

Sonra “Suqovuşanın  azad olunmasına görə”, ”Vətən uğrunda” və “Cəsur döyüşçü” medallı şəhid Nurlan Şirinlinin anası Esmira Şirinova ,Ələsgərli kənd klubunun mədəni təşkilatçısı Vüsalə Cavadova çıxış ediblər. Çıxışlarda Vətən üçün canından keçən oğulların həyatının gənclərə bir örnək olduğu vurğulanıb.

Tədbirin sonunda “Şuşa, sən azadsan” sənədli filmi nümayiş etdirilib.

 

Keçidlər