Tərtər rayon Mamırlı kənd tam orta məktəbində “Erkən nikah və qohum nikahların fəsadları” “narkomaniyaya yox deyək!” mövzusunda maarifləndirici tədbir keçirilib
18 fevral 2023 | 11:39
Tərtər Rayon İcra Hakimiyyətinin, Rayon Polis şöbəsinin və Rayon Təhsil sektorunun əməkdaşları tərəfindən VIII-XI sinif şagirdlərinin iştirakı ilə “Erkən nikah və qohum nikahların fəsadları” “Narkomaniyaya yox deyək!” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirin keçirilməsinin əsas məqsədi şagirdlərin sağlamlığının qeydinə qalmaq, erkən nikahların fəsadları ilə yaxından tanış etmək, onları elmə, təhsilə yönəltməkdən ibarət olub.