Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtər Rayon İcra Hakimiyyətinin və “Regional İnkişaf” İctimai birliyinin (RİİB) birgə təşkilatçılığı ilə “100 gün - 100 təşəbbüs” adlı ağacəkmə aksiyası keçirilib.

15 dekabr 2025 | 15:59

“Regional İnkişaf” İctimai birliyi (RİİB) və “100 gün - 100 təşəbbüs” aksiyasına qoşulan Tərtər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində Tərtər rayonunda ağacəkmə aksiyası keçirilib.

Aksiya çərçivəsində Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, İcra Hakimiyyətinin əməkdaşları, “Regional İnkişaf” İctimai Birliyinin əməkdaşı və könüllülərin iştirakı ilə həmin əraziyə iqlim şəraitinə uyğun olaraq seçilmiş 100 ədəd Eldar şam ağacı əkilib.

Keçidlər