Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə istifadə olunmuş kağızların təkrar emal müəssisələrinə təhvil verilməsi və elektrik enerjisindən qənaətlə istifadənin təbliğ edilməsi məqsədilə maarifləndirici tədbirlər davam edir

13 noyabr 2025 | 14:23

İdarə ,müəssisə və təşkilatlarda keçirilən silsilə tədbirlərin keçirilməsində əsas məqsəd müəssisə və təşkilat işçiləri arasında ekoloji maarifləndirməyə diqqət çəkmək, kağız israfını azaltmaq, təkrar emalı təşviq etmək yolu ilə ağacların qorunmasına, təbiətin mühafizəsinə və ekoloji balansın saxlanılmasına nail olmaq, ətraf mühitin çirkləndirilməsinin qarşısını almaq, tullantılara ikinci həyat verməkdən ibarətdir.

Keçirilən tədbirlərdə iştirak edən rayon icra hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Zabil Paşayev,şöbənin baş məsləhətçiləri Svetlana Əzizova,Murad Muradlı çıxış edərək , bildiriblər ki,günümüzün ən aktual məsələlərindən biri təkrar emaldır. İnsanların sosial və iqtisadi fəaliyyəti nəticəsində, istifadə müddətini doldurmuş və təbiətə zərər verən hər cür material tullantı adlandırılır.  Bu tullantıların bir qismini (plastik, metal, kağız, şüşə və.s) fiziki və kimyəvi proseslərə tabe tutaraq yenidən istifadəyə yararlı hala gətirmək mümkündür. Sadə dildə ifadə etsək, yenidən istifadəsi mümkün olan materialların dövri olaraq istehlak prosesinə daxil edilməsi təkrar emal adlanır. Bu prosesin əsas məqsədi təbii sərvətlərin həddindən artıq istifadəsini əngəlləmək və ətraf mühitin çirklənməsinin qarşısını almaqdır. 

 Məsələn, istifadə olunmuş kağızın təkrar emalı hava və su çirklənməsini azaltdığı kimi yeni ağacların kəsilməsini də ciddi dərəcədə ortadan qaldırır.Təkrar emal yeni iş imkanları təmin edərək gələcək nəsillərin dünya təbii ehtiyatlarından faydalanmasına imkan yaradacaqdır. Təkrar istifadənin məqsədlərindən biri də atılmalı olan tullantıların miqdarını azaltmaq və bununla da ətraf mühitin çirklənməsinin qarşısını almaqdır.

Sonra tədbir iştirakçıları ilə müzakirələr aparılıb,fikir mübadiləsi edilib,iştirakçıları maraqlandıran suallara cavab verilib.

 

Keçidlər