Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtər rayon İcra Hakimiyyətinin başçısının tərtərlilərə Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni təqvim ilinin başlanması münasibəti ilə təbriki

30 dekabr 2022 | 16:50

Əziz tərtərlilər!

Sizi Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni təqvim ilinin başlanması münasibəti ilə səmimi qəlbdən təbrik edirəm.

2022-ci il Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 5 yanvar 2022-ci il tarixli sərəncamı ilə ”Şuşa ili” elan olundu. Şuşanın  Azərbaycan  xaiqı üçün tarixi əhəmiyyətini, yüksək mədəni-mənəvi  dəyərini nəzərə alaraq  Azərbaycan  Respublikası  Nazirlər Kebineti tərəfindən Azərbaycanın mədəniyyət paytaxtına həsr olunmuş “Şuşa ili” ilə baglı tədbirlər planı hazırlanaraq, həyata keçirildi. Şuşa bütün beynəlxalq aləmə tanıdıldı.

2022-ci il respublikamız kimi rayonumuz üçün də ugurlu oldu, tikinti- quruculuq, abadlıq ili kimi yaddaşlara yazıldı.

Vətən müharibəsindən  dərhal sonra  rayonumuzun infrastrurturuna dəyən ziyan aradan qaldırıldı, yaşayış binaları, fərdi evlər, inzibati  binalar bərpa və təmir olundu, dagılmlş və qəzalı evlər yenidən tikildi, küçələrə asfalt örtük salındı.Tərtər əvvəlkindən daha gözəl və abad şəhərə çevrildi.

Rayonun işgaldan azad olunmuş Suqovuşan və Talış kəndlərində aparılan yenidənqurma işləri gələcəkdə həmin ərazilərdə  turizmin inkişafına  təməl yaratdı.

Respublika Prezidenti və ailəsinin mart ayının 21-də Azərbaycan xalqının Novruz bayramını Tərtər rayonunun işğaldan azad olunmuş Suqovuşan  qəsəbəsindən təbrik etməsi, bir sıra təməlqoyma mərasimlərində iştirakı tərtərlilərin böyük sevincinə səbəb oldu.

Tərtərlilər Vətən müharibəsində dözüm və dəyanət göstərdikləri kimi  həmişəki kimi yenə də  Respublika prezidentinin ətrafında sıx birləşir,onun daxili və xarici siyasətini dəstəkləyir, respublikamızın inkişafına öz əmək töhfələrinin verirlər.

Kənd təsərrüfatının gəlirli sahəsi olan pambıqçılığın inkişafında tərtərlilərin qabaqcıl iş təcrübəsi var. Bu il rayonumuzun pambıqçıları əkdikləri 3450.7 hektar sahədən 11185.4 ton “ağ qızıl” götürüblər. Hazırda pambıq yığımı davam edir.

Rayonumuzun kümçüləri də ipəkçiliyin inkişafında fəallıq göstəriblər. Onlar 2022-ci ildə dövlətə 10,2 ton barama təhvil veriblər.

2022-ci ildə rayonda 193.4 hektar sahədən fiziki çəkidə 4028.4 ton, kondinsiya çəkidə 3506.7 ton şəkər çuğunduru istehsal edilmişdir. Hazırda çuğundur yığımı davam edir.

Əziz tərtərlilər, qarşıdan yeni il gəlir. Bu il müstəqil Azərbaycanımızın yaradıcısı Ulu Öndərin 100 illik yubileyi qeyd olunacaq. Bu münasibətlə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 29 sentiyabr 2022-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikasında 2023- cü ili “Heydər Əliyev” ili elan edib.

Respublika Prezidentinin sərancamında deyildiyi kimi dövlətçilik salnaməmizdə silinməz izlər qoymuş, azərbaycanlı olması ilə ömür boyu fəxr etmiş, milli qürur və iftixar mənbəyimiz olan Heydər Əliyev bütün dünyada Azərbaycanın rəmzi kimi qəbul edilir. Xalqımız onun əziz xatirəsini həmişə uca tutur və minnətdarlıqla anır, yenidən hakimiyyətə gəldiyi günü Azərbaycan Respublikasının dövlət bayramı – Milli Qurtuluş Günü kimi qeyd edir.

Müstəqil Azərbaycan Ulu Öndərin indiki və gələcək nəsillərə əmanəti, onun zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir. Bu müqəddəs mirası qoruyub saxlamaq hər bir azərbaycanlının şərəfli vəzifəsidir.

Biz tərtərlilər 2023-cü il –“Heyder Əliyev” ilində də kənd təsərrüfatının inkişafına öz layiqli töhfələrimizi verəcəyik. Yeni ildə birlikdə yeni uğurlara imza atacağıq.

İnanıram ki, qarşıdan gələn 2023-cü il də ölkəmiz üçün uğurlu olacaq. Müstəqil Azərbaycanımızın işğaldan azad edilmiş torpaqları, erməni vandalizminə məruz qalmış şəhər və kəndləri Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın dəstəyi ilə bərpa ediləcək. Azərbaycan xalqı Vətən müharibəsində olduğu kimi, bərpa illərində də birlik nümayiş etdirəcək.

Əziz tərtərlilər, bir daha Sizi dünya Azərbaycanlıların Həmrəyliyi günü və Yeni təqvim ilinin başlanması münasibəti ilə təbrik edir, şəhidlərimizin ruhu qarşısında baş əyir, qazilərimizə can sağlıqı arzulayıram.

Bayramınız mübarək!

Keçidlər