Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı yanında icra hakimiyyətinin “Heydər Əliyev İli” çərçivəsində hazırladığı Tədbirlər Planı müzakirə olunub

09 dekabr 2022 | 18:21

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında 28 noyabr 2022-ci il tarixli Sərəncamının icrasının təmin edilməsi məqsədilə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı yanında dəyirmi masa keçirilib.

Tədbirdə rayon icra hakimiyyətinin nümayəndələri, YAP Tərtər rayon təşkilatının, rayon Ağsaqqallar Şurasının, təhsil, səhiyyə, mədəniyyət və digər aidiyyəti qurumların rəhbərləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov açaraq bildirib ki, xalqımızın Ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə bağlı Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Tədbirlər Planı” nın təsdiq edilməsi haqqında 28 noyabr 2022-ci il tarixli Sərəncamının icrasının təmin edilməsi məqsədilə Tərtər Rayon İcra Hakimiyyəti tərəfindən 05 dekabr 2022-ci il tarixdə tədbirlər planı hazırlanmışdır.

Tədbirlər Planında Ümummilli lider Heydər Əliyevin şəxsiyyətinə, zəngin həyat təcrübəsinə, ictimai-siyasi fəaliyyətinə həsr olunmuş çoxsaylı tədbirlər – Heydər Əliyev irsinin daha əhatəli öyrənilməsi üçün tədbirlərin keçirilməsi,Heydər Əliyev mərkəzinə ekskursiyaların təşkili, Ulu Öndərin həyat və yaradıcılığından bəhs edən mühazirələrin və müxtəlif videoroliklərin hazırlanması, ziyalıların ümumtəhsil məktəblərində çıxışlarının təşkil edilməsi, idman yarışlarının, inşa və rəsm müsabiqələrinin, eləcə də ağacəkmə aksiyalarının və digər tədbirlərin keçirilməsi nəzərdə tutulmuşdur.

Daha sonra Yeni Azərbaycan Partiyası Tərtər rayon təşkilatının sədri Eldar Əsədov, Ağsaqqallar Şurasının sədri Faiq Məmmədov, Təhsil Sektorunun müdiri Oktay Sarıkişiyev, Yeni Tərtər qəzetinin baş redaktoru Svetlana Bağırova və başqaları çıxış edərək öz təkliflərini irəli sürüblər.

Yekunda icra başçısı “Heydər Əliyev İli” ilə əlaqədar icra hakimiyyətində hazırlanmış tədbirlər planına görüşdə irəli sürülmüş təkliflərin də əlavə ediləcəyini və Tədbirlər Planının təsdiqləndikdən sonra yekun variantının aidiyyəti qurumlara göndəriləcəyini bildirib.

Keçidlər