Tərtər Rayon İcra Hakimiyyətinin başçısı şəhid övladının “Son zəng” tədbirində iştirak edib
14 iyun 2025 | 19:04
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov 2024–2025-ci tədris ilində məzun olan, 44 günlük Vətən müharibəsinin mülki şəhidlərindən Anar Quluyevin oğlu Elnar Quluyevin təhsil aldığı Tərtər şəhər 6 saylı tam orta məktəbdə keçirilən “Son zəng” tədbirində iştirak edib.
Rayon rəhbəri Elnarı və onun timsalında məzun adı qazanan bütün şəhid və qazi övladlarını təbrik edib, onlara gələcək həyat yollarında uğurlar arzulayıb.






