Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun TƏBRİKİ

05 oktyabr 2025 | 21:36
Hörmətli müəllimlər!
Tərbiyə etdikləri şagird və tələbələri ilə yanaşı öz övladları da şəhidlik zirvəsinə ucalan,”Vətən daşı”na cevrilən , peşəsi müəllim olan əziz şəhid valideynləri!
Sizi 5 oktyabr - Beynəlxalq Müəllimlər günü münasibəti ilə səmimi qəlbdən təbrik edirəm. Sizə uzun ömür, can sağlığı, gənc nəslin təlim-tərbiyəsində uğurlar diləyirəm və Sizin qarşınızda baş əyirəm.Çünki məhz Sizin tərbiyə etdiyiniz,yüksək vətənpərvərlik hissləri aşıladığınız,möhtərəm Prezidentimiz , cənab Ali Baş Komandan İlham Əliyevin ətrafında yetişən,Qarabağı görməyən gənclər torpaqlarımızı işğaldan azad etdilər.
Oktybarın 5-ni dünyanın 100-dən artıq ölkəsində müəllimlər peşə bayramı kimi qeyd edir. Azərbaycanda isə Müəllimlər günü 1993-cü ildən Ulu Öndərin sərəncamı ilə qeyd olunur. Ümummilli Lider deyirdi: “Mən yer üzündə müəllim adından yüksək ad tanımıram. Həyatını müəllimliyə həsr edən insanlar həqiqətən fədakar, xalqına, millətinə sədaqətli və eyni zamanda qəhrəmanlıq göstərən insanlardır. Azərbaycan müəllimlərinin tam əksəriyyəti layiqli müəllimlərdir. Əgər bunlar belə olmasaydı, Azərbaycanın bugünkü elmi, iqtisadiyyatı, mədəniyyəti, yüksəlişi ola bilərdimi?” Dövlətimiz milli təhsilin inkişafına, müəllimlərin sosial vəziyyətinin yaxşılaşmasına həmişə xüsusi diqqət və qayğı göstərmişdir. Son illərdə ölkədə həyata keçirilən islahatlar, qəbul edilən dövlət proqramları da təhsilimizin inkişafı ilə yanaşı, müəllim nüfuzunun daha da artmasına, sosial vəziyyətinin yaxşılaşmasına müsbət təkan vermişdir.
Ulu Öndərin siyasi kursunun ən layiqli davamçısı Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev isə müəllimləri hər bir cəmiyyətin elitası adlandırıb. Müasir dövrümüzdə bilik və bacarıqların önəmi daha da artacaqdır. Bu missiyada "öyrənməyi öyrətmək" vəzifəsi müəllimlərin üzərinə düşür. Deməli, cəmiyyətimizin bütün hədəflərinin gerçəkləşməsi, həm də müəllimlərimizin öz missiyasına necə əməl etməsindən asılı olacaqdır.
Müəllimlər yeni cəmiyyət quruculuğunun memarlarıdır. Hər birimizin layiqli vətəndaş kimi yetişməyində müəllimlərimizin əvəzsiz xidmətləri olmuşdur.
2024-25-ci tədris ilinin yekunlarına nəzər salanda rayonumuzun müəllimlərimizin çəkdiyi əməyin bəhrəsini daha yaxşı görürük.
Bu il XI siniflər üzrə buraxılış imtahanlarında respublika üzrə 23 nəfər şagird maksimum nəticə göstərərək 300 bal toplayıb ki, onlardan da biri Sarov kənd tam orta məktəbin məzunu Çinarə Quliyevadır.Şəhər 5 nömrəli tam orta məktəbin məzunu Əlizadə Sevinc Rizvan qızı isə orta təhsili xüsusi nailiyyətlərlə başa vurduğuna görə “Xüsusi nümunəvi attestat” və qızıl medala layiq görülüb.Hər iki məzun Dövlət İdarəçilik Akademiyasının hüquq fakültəsinə daxil olub.
Qeyd edək ki, rayonumuzun umumtəhsil məktəblərini bitirən 727 nəfər məzundan 387 nəfəri ali məktəblərə sənəd verib. Ali məktəblərə sənəd verən məzunlardan 217 nəfər müxtəlif ali təhsil müəssisələrinə qəbul olunub ki, onlardan da 10 nəfər 600-dən,19 nəfər isə 500-dən yuxarı bal toplayıb.Bu il 3 nəfər Polis Akademiyasına, 10 nəfər Qarabağ Universitetinə, 6 nəfər isə Cəmşid Naxçıvanski adına liseyə qəbul olub.
Keçidlər