Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun təbriki
Hörmətli Xalq şairimiz Vahid Əziz!
Sizi 80 illik yubileyiniz və Azərbaycan ədəbiyyatında uzun müddət səmərəli fəaliyyətinizə görə respublika prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə “Şərəf “ ordeni ilə təltif olunmağınız münasibəti ilə səmimi qəlbdən təbrik edirəm. Sizə uzun ömür, can sağlığı və yeni-yeni yaradıcılıq uğurları, ilham dolu günlər diləyirəm.
Sizin zəngin yaradıcılıgınız, poeziyamıza gətirdiyiniz bənzərsiz poetik nəfəs, xalq ruhunu yaşadan misralarınız milli ədəbiyyatımızın dəyərli incilərindəndir.Uzun illər ərzində göstərdiyiniz səmərəli ədəbi fəaliyyət, söz sənətinə bağlılıq və vətənə sevgi Sizi oxucuların qəlbində əbədi yaşadan əsas dəyərlərdir.Qələminiz daim ucalıqdan, poeziyanız isə xalqımızın sizə olan sonsuz sevgisindən güc alsın.
Yubileyiniz mübarək !






