Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtər Rayon İcra hakimiyyətinin başçısı Müstəqim Məmmədovun Qurban bayramı münasibəti ilə rayon sakinlərinə təbriki

08 iyul 2022 | 14:50

Əziz tərtərlilər!

Hörmətli şəhid ailələri və qazilər!

Sizin timsalınızda bütün dünya müsəlmanlarını müqəddəs Qurban bayramı münasibəti ilə təbrik edirəm. Sizə can sağlığı, süfrənizə bol ruzi, firavan və xoşbəxt həyat arzulayıram.

Ulu Tanrı milli-mənəvi həmrəyliyin, xeyirxahlıq və mərhəmətin təzahürünə çevrilən bu müqəddəs bayramda dövlətimizin, millətimizin tərəqqisi, şəhidlərimizin ruhuna oxunan dualarımızı, kəsilən qurbanlarımızı qəbul etsin. Hər evdə, hər ocaqda qurban payları qaynasın, hər kəsə kəsilən qurbanlardan pay düşsün. Ehtiyacı olan hər kəsin qapısı qurban payı ilə döyülsün!

Qurban bayramında da həmişəki kimi torpaqlarımız uğrunda canından keçən, qanları, canları bahasına bizə 30 ildən sonra qələbə sevincini yaşadan şəhidlərimizin xatirəsini, onların ailəsini yad etmək hər birimizin borcudur. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı arzulayıb, Vətən üçün igid oğullar böyütdükləri üçün şəhid analarının qarşısında baş əyirəm, onlara səbr arzulayıram.

44 günlük Vətən müharibəsində Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Milli ordumuzun bizə yaşatdığı Zəfər Günü məcburi köçkünlərin öz doğma yurd yuvalarına “böyük qayıdışı” münasibəti ilə kəsilən qurbanlarla başa çatsın.

Bir daha hər birinizi Qurban bayramı münasibəti ilə təbrik edir, aillərinizə firavanlıq, süfrələrinizə xeyir-bərəkət, ruzi diləyirəm!

Bayramınız mübarək!

Keçidlər