Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun 8 noyabr –Şanlı Zəfər Gününün 5-ci ildönümü münasibəti ilə tərtərlilərə T Ə B R İ K İ

08 noyabr 2025 | 11:13
Əziz qəhrəman tərtərlilər!
 
Hörmətli şəhid ailələri, qazilər və müharibə veteranları!
 
Sizi və Sizin şəxsinizdə bütün Azərbaycan xalqını Müzəffər Ali Baş komandan, qalib sərkərdə cənab İlham Əliyevin rəhbərliyi altında düşmən üzərində qazanılan şanlı Zəfərin 5-ci ildönümü münasibəti ilə səmimi qəlbdən təbrik edirəm. Qazanılan qələbə hər kəsi qürurlandırır. Çünki 30 ildən sonra vətənimizin ərazi bütövlüyü, suverenliyi bərpa olunub və biz ilk dəfə bu il sentyabrın 20-də Müstəqil Azərbaycanımızın Dövlət Suverenliyi Gününü qeyd etdik.
 
Dövlət rəsmiləri “Tərtər şəhəri II Dünya müharibəsindən sonra Avropanın ən çox bombalar və raketlərin atıllmış olduğu şəhərlərindən biridir!” və “Tərtər erməni nasizminə qarşı Azərbaycanın Stalinqradıdır”. -dedilər.
 
Bəli, Tərtər müharibədə ən çox ziyan çəkən rayon idi. Vətən müharibəsi zamanı Tərtər şəhərinə və rayonun yaşayış məntəqələrinə erməni terrorçuları tərəfindən 16277 top, tank, qrad mərmisi, 21 qadağan olunmuş raket atılıb. Nəticədə rayonun infrastrukturuna, yüzlərlə yaşayış evlərinə, sosial obyektlərinə, o cümlədən 12 körpələr evi-uşaq bağçasına, 16 ümumtəhsil məktəbinə, İlk Peşə İxtisas Məktəbinə, Gənclər Mərkəzinə, 10 tibb, 7 mədəniyyət müəssisəsinə, 1 məscidə, inzibati binalara, nəqliyyat vasitələrinə, kənd təsərrüfatına güclü ziyan dəyib, dağıntılar olub.Dinc əhali 16 mülki şəhid verib, 63 nəfər isə yaralanıb.
 
Tərtərlilər müharibədə yüksək səviyyədə dözüm, dəyanət nümayiş etdirdilər və bu tarixi sınaqdann alnıaçıq, üzü ağ çıxdılar. Tərtər hər kəsin gözündə qəhrəman şəhərə çevrildi. Bu gün Zəfər günündə canından keçən şəhidlərimizi, sağlamlıqlarını itirən qazilərimizi anır, onlarla qürur duyuruq. Şəhidlərimiz and yerimizdir. İgid oğullar böyüdən analar qarşısında baş əyirik.
 
Bir daha bütün xalqımızı 8 noyabr-Zəfər günü münasibəti ilə səmimi qəlbdən təbrik edirəm. Müzəffər Ali Baş Komandan, məğlubedilməz sərkərdə cənab İlham Əliyevə, vətən üçün öz sağlamlıqlarını qurban vermiş qazilərimizə möhkəm can sağlığı, Şəhidlərimizə Ulu Tanrıdan rəhmət diləyir, igid oğullar böyüdən anaların əllərindən öpürük və “Vətən sağ olsun”,- deyirik!
 
Biz birlikdə güclüyük!
Qarabağ Azərbaycandır!
Azərbaycan torpağını qanları ilə Vətənə çevirən igid oğullarımızla fəxr edirik!
Keçidlər