Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Xoruzlu kənd tam orta məktəbində mövcud şəraitlə tanış olub

16 may 2024 | 12:08

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov 488 şagirdin təhsil aldığı Adil Məmmədov adına Xoruzlu kənd tam orta məktəbində mövcud şəraitlə yaxından tanış olub, məktəbin pedaqoji və şagird kollektivi ilə görüşüb, onların qayğıları ilə maraqlanıb.

Rayon rəhbəri  məktəbdə tədris, təlim-tərbiyə prosesi ilə maraqlanıb, pedaqoji kollektivə şagirdlərin dərsdən yayınma hallarına yol verilməməsini, valideynlərlə sıx əlaqə saxlanmasını, valideyn komitələrinin bu işə cəlb olunmasını, gündəlik gigiyenik qaydalara əməl olunmasını tövsiyə edib.

Ordumuzun qazandığı şanlı qələbədən və torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan həmyerlilərimiz haqqında geniş məlumat verən rayon rəhbəri, şəhidlərin qısa, ancaq hər kəsə örnək olan həyatlarından, onların döyüş şücaətlərindən danışıb, məktəblilərə təhsildə uğurlar arzulayıb.

Keçidlər