Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Vətən müharibəsi şəhidi Mirsədi Bağırlının atası Mircəfər Bağırlını 60 illik yubileyi münasibəti ilə təbrik edib
Tərtər Rayon İcra Hakimiyyəti başçısı Müstəqim Məmmədov Vətən müharibəsi şəhidi Bağırlı Mirsədinin ailəsində olub, atası Mircəfər Bağırlını 60 illik yubileyi münasibəti ilə təbrik edərək, ona gül dəstəsi və rayon icra hakimiyyəti tərəfindən təşəkkürnamə təqdim edib, ailənin qayğıları ilə maraqlanaraq, Vətənə igid oğul bəxş etdikləri üçün minnətdarlığını bildirib.
Şəhidin keçdiyi döyüş yolundan danışan rayon rəhbəri onun qısa, lakin mənalı ömür yolunun gənclərə vətənpərvərlik hisslərinin aşılmasında mühüm rol oynadığını bildirib. Qanları ilə tarix yazan torpağı Vətənə çevirən Azərbaycanın Mirsədi kimi oğullarının unudulmadığını bildirib.
Əslən Tərtər rayonunun Umudlu kəndindən olan kiçik gizir Mirsədi Bağırlı 12 iyun 2000-ci ildə Bərdə rayonunun Mehdixanlı kəndində anadan olub. 2018-20-ci illərdə Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdə olan Mirsədi sərhədçi peşəsinə çox maraq yaranıb. O, müddətdən artıq həqiqi hərbi xidmətə qəbul olunmaq üçün müraciət edib. 2020-ci il fevralın 8-də xidmətə qəbul edilib, az vaxtda hərbi kollektivin etimadını qazanıb.
44 günlük Vətən müharibəsində Mirsədi snayperçi kimi iştirak edib. Cəbrayıl və Xocavənd istiqamətlərində gedən döyüşlərdə fərqlənib. O, Hadrut istiqamətində gedən döyüşlərdə şəhid olub və Bərdə rayonunun Mehdixanlı kəndində dəfn olunub.
Kiçik gizir Mirsədi Bağırlı ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyinə görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.
Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanmım Əliyevaya öz minnnətdarlıqlarını bildiriblər.
Allah bütün şəhidlərmizə rəhmət, qazilərimizə, veteranlarımıza isə can sağlığı versin!