Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov şəhid Haqverdi Məmmədovun ailəsi ilə görüşüb
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP rayon Təşkilatının və rayon Ağsaqqallar şurasının sədrləri ilə birlikdə rayonun Gülabatlı kəndində birinci Qarabağ müharibəsinin mülki şəhidi Məmmədov Haqverdi Lətif oğlunun ailəsi ilə görüşüb, onun problemləri və qayğıları ilə maraqlanıb.
Görüşdə rayon rəhbəri Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə, sağlamlığını itirmiş qazilərimizə xüsusi diqqət və qayğının dövlətimizin sosial siyasətinin əsas istiqamətlərindən biri olduğunu bildirib. Qeyd edib ki, Dövlət başçısının tapşırıq və tövsiyələrinə uyğun olaraq respublikamızın hər yerində olduğu kimi Tərtərdə də şəhid və qazi ailələrinə xüsusi diqqət və qayğı ilə yanaşılır.
Şəhidin valideynləri Şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısı cənab İlham Əliyevə və birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlqılarını bildiriblər.