Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov rayonunun Kəbirli kəndində yaşayan Vətən müharibəsi şəhidi Elnur Hüseynovun atası Əhliman Heseynovu 60 illik yubileyi münasibəti ilə təbrik edib
Tərtər Rayon İcra Hakimiyyəti başçısı Müstəqim Məmmədov rayonunun Kəbirli kəndində Vətən müharibəsi şəhidi Elnur Hüseynovun ailəsində olub, atası Əhliman Heseynovu 60 illik yubileyi münasibəti ilə təbrik edərək, ona gül dəstəsi və rayon icra hakimiyyəti tərəfindən təşəkkürnamə təqdim edib, ailənin qayğıları ilə maraqlanaraq, Vətənə Elnur kimi igid oğul bəxş etdikləri üçün minnətdarlığını bildirib.
Elnurun keçdiyi döyüş yolundan danışan rayon rəhbəri onun qısa, lakin mənalı ömür yolunun gənclərə vətənpərvərlik hisslərinin aşılmasında mühüm rol oynadığını bildirib. Qanları ilə tarix yazan torpağı Vətənə çevirən Azərbaycanın Elnur kimi oğullarının unudulmadığını bildirib.
Qeyd edək ki, Azərbaycan Ordusunun əsgəri Hüseynov Elnur Əhliman oğlu 1990-cı il aprelin 16-da Tərtər rayonunun Kəbirli kəndində anadan olub. Noyabrın 11-də Ağdərə istiqamətində gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olub. Noyabr ayının 14-də Tərtər rayonunun Kəbirli kəndində dəfn olunub. Onun özündən sonra 2 qız övladı yadigar qalıb.
Şəhid Hüseynov Elnur 44 günlük Vətən müharibəsində gedən döyüşlərdə göstərdiyi igidliyə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamlarına əsasən ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Suqovuşanın azad edilməsinə görə” medalları ilə təltif olunub.
Şəhidin doğulub boya-başa çatdığı Kəbirli kəndində onun adına bulaq inşa edilib, ailəsi üçün “Rövşənoğuz Mühəndislik” MMC tərəfindən Kəbirli kəndində yeni ev tikilib.
Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanmım Əliyevaya öz minnnətdarlıqlarını bildiriblər.
Allah bütün şəhidlərmizə rəhmət, qazilərimizə, veteranlarımıza isə can sağlığı versin!