Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov mütəmadi olaraq şəhid ailələrini qəbul edir

26 oktyabr 2023 | 14:52

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov mütəmadi olaraq şəhid və qazi alələrini qəbul edir, onların  problem və qayğılarının həllini diqqət mərkəzində saxlayır.

Rayon rəhbəri növbəti dəfə Xoruzlu, Kəbirli, Səhlabad, Seydimli kəndlərindən və Ağdərə rayonundan olan 12 şəhid ailəsini, Birinci  Qarabağ müharibəsi şəhidləri Azərbaycanın Milli Qəhrəmanı Orucov Vəzir Surxay oğlunun, Qaraşov Əliyar Hümbət oğlunun, Səfərov Hafis Xosrov oğlunun, Eyvazov Fəxri Lətif oğlunun, Hacıyev Nasir Yaqub  oğlunun, Həsənov Zəka İsmayıl oğlunun, Məmmədov Adil Həmzə oğlunun, Məmmədov Fərid Nofəl oğlunun, Vətən müharibəsi şəhidləri Hüseynov Elnur Əhliman oğlunun, İsmayılzadə Orxan Rəhbər oğlunun, Ağayev İntiqam Hüseyn oğlunun, Aslanov Xəyal Qüdrət oğlunun, "Lokal xarakterli antiterror tədbirləri" şəhidi Səfərov Cavid Rövşən oğlunun ailəsini qəbul edib, onların müraciətlərini dinləyib, hər birinin qayğıları, problemləri ilə maraqlanaraq, rayon icra hakimiyyətinin səlahiyyətləri çərçivəsində  həlli mümkün olan müraciətləri operativ surətdə həll edib, digər qurumların səlahiyyətlərinə aid olan məsələlər barədə aidiyyəti qurumlara müraciətlər ünvanlanıb.

İcra Başçısı şəhid valideynlərinə vətənpərvər, igid oğullar böyütdükləri üçün öz minnətdarlığını bildirib. Bu gün Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızın ərazi bütövlüyünün tam təmin olunduğunu, şəhidlərin qisasının alındığını, erməni cəlladlarının qanun qarşısında cavab verdiklərini bildirib, Ulu Tanrıdan bütün şəhidlərə rəhmət, qazilərə can sağlığı diləyib.

Şəhid ailələri qəbuldan razı qalıb, onlara göstərilən diqqət və qayğıya görə Respublika Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Keçidlər