Tərtər rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov Milli Qəhrəman İbad Hüseynovu qəbul edib
08 yanvar 2026 | 18:09
Görüş zamanı səmimi söhbət aparılıb, Tərtər rayonunda görülən işlər barədə fikir mübadiləsi edilib. Həmsöhbətlər müharibədən sonra rayonda həyata keçirilən abadlıq və quruculuq tədbirləri, eləcə də Tərtərin sürətlə inkişafı və gözəlləşməsi mövzularına toxunublar.
Görüşün sonunda rayon icra hakimiyyətinin başçısı Milli Qəhrəman İbad Hüseynova xatirə hədiyyəsi təqdim edib və xatirə şəkilləri çəkdirilib






