Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov düşmən üzərində tarixi Qələbə, Şanlı Zəfər günü münasibəti ilə şəhid Qəhrəmanlı Yaqub Abdulla oğlunun ailəsi ilə görüşüb
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsinin rəisi Elşən Abdullayev, YAP rayon Təşkilatının sədri Eldar Əsədov və Tərtər Cümə Məscidinin axundu Sadiq Cəfərovla birlikdə düşmən üzərində tarixi Qələbə, Şanlı Zəfər günü münasibəti ilə şəhid Qəhrəmanlı Yaqub Abdulla oğlunun ailəs ilə görüşüb,onların qayğıları ilə maraqlanıb.
Ali Baş Komandan, cənab İlham Əliyevin rəhbərliyi altında ordumuzun, Yaqub kimi oğulların sayəsində ərazi bütövlüyümüzün bərpa edildiyini, düşmənə qalib gəldiyimzi bildirib. Şəhidin keçdiyi şərəfli ömür yolunun gənclərə bir örnək olduğunu qeyd edib.
N saylı hərbi hissənin müddətdən artıq hərbi xidmət keçən hərbi qulluqçusu, Yaqub Qəhrəmanlı 14 sentyabr 1993-cü ildə Tərtər rayonunun Dəmirçilər kəndində anadan olub. O, Vətən müharibəsində Talış kəndi istiqamətində gedən döyüşlərdə ağır yaralanaraq uzun müddət koma vəziyyətində qalıb. “Yaşat” Fondunun xətti ilə uzun müddət İstanbul şəhərində İstanbul Medicana Hospitalında, İstanbul Cərrahiyə xəstəxanasında və Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi Tibbi Hospitalında müalicə alıb. Uzun müddət komada qalan Yaqub 29.05.2021-ci il tarixdə şəhidlik zirvəsinə ucalıb. Şəhid doğulduğu Dəmirçilər kənd qəbiristanlığında torpağa tapşırılıb.
Şəhid Yaqub Qəhrəmanlı 44 günlük Vətən müharibəsində gedən döyüşlərdə göstərdiyi igidliyə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamlarına əsasən "Vətən müharibəsi iştirakçısı", "Suqovuşanın azad olunmasına görə" və “Cəsur döyüşçü” medalları ilə təltif olunub.
Şəhid Yaqub Qəhrəmanlının bizə 2 yaşında oğlu yadigar qalıb.
Görüşdə şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanmım Əliyevaya öz minnnətdarlıqlarını bildiriblər.
Allah bütün şəhidlərmizə rəhmət, qazilərimizə, veteranlarımıza isə can sağlığı versin!