Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov “Aztelekom” MMC-nin Qarabağ Regional filialının Tərtər şöbəsinə yeni təyin olunmuş müdiri qəbul edib

29 sentyabr 2026 | 14:51

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov “Aztelekom” MMC-nin Qarabağ Regional filialının Tərtər şöbəsinə yeni təyin olunmuş şöbə müdiri Xəlilov Bəxtiyar Qəzənfər oğlunu qəbul edib.

Qəbul zamanı Rayon İcra Hakimiyyətinin başçısı yeni təyinat alan şöbə müdirini təbrik edərək ona gələcək fəaliyyətində uğurlar arzulayıb. Rayonda telekommunikasiya infrastrukturunun modernləşdirilməsi, əhaliyə göstərilən rabitə və internet xidmətlərinin keyfiyyətinin daha da artırılması, eləcə də müasir texnologiyaların tətbiqi sahəsində görülən işlərin vacibliyini vurğulayıb.

Yeni təyin olunan şöbə müdiri göstərilən diqqətə görə minnatdarlığını bildirərək, Tərtər rayonunda rabitə xidmətlərinin effektivliyinin artırılması və qarşıda duran vəzifələrin vaxtında, keyfiyyətlə icra olunması üçün var gücü ilə çalışacağını qeyd edib.

Keçidlər