Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov 70 illik yubileyi münasibətilə təqaüddə olan müəllimə Şöhlət Babayevanı evində ziyarət edib
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov 70 illik yubileyi münasibətilə təqaüddə olan müəllimə Babayeva Şöhlət Fərman qızını evində ziyarət edib.
Ziyarətdə Yeni Azərbaycan Partiyası Tərtər Rayon Təşkilatının sədri Eldar Əsədov, rayon Ağsaqqallar Şurasının sədri Faiq Məmmədov, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Tərtər və Ağdərə rayon Komitəsinin sədri, Tərtər şəhər İƏD üzrə nümayəndə və Tərtər bələdiyyəsinin sədri iştirak ediblər.
Görüş zamanı icra başçısı yubilyarı 70 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edərək bildirib ki, müəllimlik peşəsi dünyada ən müqəddəs və şərəfli peşələrdən biridir. Siz uzun illər səmərəli pedaqoji fəaliyyətinizlə savadlı, vətənpərvər gənclərin yetişməsində böyük əmək sərf etmisiniz. Dövlətimiz hər zaman ömrünü təhsilə, maarifçiliyə həsr etmiş ziyalılarımızın əməyini yüksek qiymətləndirir. Sizə və sizin timsalınızda bütün təqaüddə olan pedaqoqlarımıza dərin ehtiramımızı bildiririk.
Müstəqim Məmmədov yubilyara möhkəm cansağlığı, uzun ömür arzulayaraq ona Tərtər Rayon İcra Hakimiyyətinin Fəxri Fərmanını və gül dəstəsi təqdim edib.
Şöhlət Babayeva ona göstərilən diqqət və qayğıya, müəllim əməyinə verilən yüksək qiymətə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib.






