Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov 27 sentyabr “Anım Günü” ilə əlaqədar Sarov kəndində şəhid Şirinli Nurlan Qədir oğlunun ailəsini ziyarət edib
Tərtər Rayon İcra Hakimiyyəti başçısı Müstəqim Məmmədovun 27 sentyabr “Anım Günü” ilə əlaqədar 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış tərtərli oğulların ailələrini ziyarəti davam edir.
İcra başçısı növbəti dəfə YAP rayon təşkilatının sədri Eldar Əsədovla birlikdə şəhid Şirinli Nurlan Qədir oğlunun Sarov kəndində yaşayan ailəsində olub, onların qayğıları və problemləri ilə maraqlanıb.
İcra başçısı Müstəqim Məmmədov 30 ildən sonra Müzəffər Ali Baş Komandan, qalib sərkərdə cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun qazandığı qələbənin tarixi əhəmiyyətindən, bu günlərdə Azərbaycan ordusunu erməni təxribatçılarının məskunlaşdığı ərazidə apardığı uğurlu anti terror əməliyyatlarından, torpaqlarımızın bütövlüyü uğrunda canından keçən şəhidlərimizdən, sağlamlıqlarını itirən qazilərimizdən danışıb, onların qisasının alındığını bildirib, Nurlan kimi oğulların qəhrəmanlığının unudulmayacağını, onların daim qəlblərdə yaşayacağını deyib.
Qeyd edək ki, N saylı hərbi hissənin müddətdən artıq xidmət keçən hərbi qulluqçusu Şirinli Nurlan Qədir oğlu 16.10.1996-cı ildə Tərtər rayonunun Sarov kəndində anadan olub. 07 oktyabr 2020-ci il tarixdə Suqovuşan istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
Şəhid Şirinli Nurlan Qədir oğlu 44 günlük Vətən müharibəsində Suqovuşan istiqamətində gedən döyüşlərdə göstərdiyi igidliyə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamına əsasən ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.
Görüşdə şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnnətdarlıqlarını bildiriblər
Allah bütün şəhidlərmizə rəhmət, qazilərimizə, veteranlarımıza isə can sağlığı versin!