Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov 27 sentyabr “Anım Günü” ilə əlaqədar Sarıcalı kəndində şəhid Məmmədov Mehdi Elçin oğlunun ailəsini ziyarət edib

22 sentyabr 2023 | 21:46

Tərtər Rayon İcra Hakimiyyəti başçısı Müstəqim Məmmədovun 27 sentyabr “Anım Günü” ilə əlaqədar  44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış tərtərli oğulların ailələrini ziyarəti davam edir.

İcra başçısı növbəti dəfə YAP rayon təşkilatının sədri Eldar Əsədovla birlikdə  şəhid Məmmədov Mehdi Elçin oğlunun Sarıcalı kəndində yaşayan ailəsində olub, onların  qayğıları  və problemləri ilə maraqlanıb.

İcra başçısı Müstəqim Məmmədov 30 ildən sonra Müzəffər Ali Baş Komandan, qalib sərkərdə cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun qazandığı qələbənin tarixi əhəmiyyətindən, bu günlərdə Azərbaycan ordusunu erməni təxribatçılarının məskunlaşdığı ərazidə apardığı uğurlu anti terror əməliyyatlarından, torpaqlarımızın bütövlüyü uğrunda canından keçən şəhidlərimizdən, sağlamlıqlarını itirən qazilərimizdən  danışıb, onların qisasının alındığını bildirib, Mehdi kimi oğulların qəhrəmanlığının unudulmayacağını, onların daim qəlblərdə yaşayacağını deyib.

Qeyd edək ki, Məmmədov Mehdi 01 fevral 2002-ci ildə Tərtər rayonunun Sarcalı kəndində anadan olub.

27 sentyabr 2020-ci il tarixdə başlanan 44 günlük Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunması uğrunda döyüşlərə qatılıb. Oktyabrın 13-də Ağdərə istiqamətlərində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

Şəhidin ölüm xəbərini alan nişanlısı Mələk dəfn mərasimi başa çatmamış özünə qəsd edib, daha bir məhəbbət dastanı yazıb. Hər ikisi Sarcalı kəndində qoşa məzarda dəfn olunub.

Mehdi Məmmədov ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə “Vətən uğrunda,” “Ağdamın azad olunmasına görə,” “Suqovuşanın azad olmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub.

Şəhidin anası şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib.

Allah şəhidlərimizə rəhmət eləsin!

Keçidlər