Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Azərbaycan Beynəlxalq Bankının rayon filialının müdiri ilə görüş keçirib

25 dekabr 2025 | 14:52

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Azərbaycan Beynəlxalq Bankının Tərtər filialının müdiri Eşqin Hüseynovu qəbul edib.

Görüş zamanı bank ilə icra hakimiyyəti arasında mövcud əməkdaşlıq münasibətləri və gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub. Əhaliyə göstərilən maliyyə xidmətlərinin genişləndirilməsi, xidmətlərin keyfiyyətinin artırılması istiqamətində fikir mübadiləsi aparılıb.

Rayon rəhbəri çıxışı zamanı qarşılıqlı əməkdaşlığın əhəmiyyətini vurğulayıb, birgə fəaliyyətin sosial-iqtisadi inkişaf baxımından mühüm rol oynadığını qeyd edib.

Keçidlər