Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı 27 Sentyabr – Anım Günü ilə əlaqədar Vətən müharibəsinin mülki şəhidləri Elşən və Xaliq Abbasov qardaşlarının ailəsini ziyarət edib

24 sentyabr 2026 | 15:40

27 Sentyabr – Anım Gününün altıncı ildönümünün qeyd olunması ilə bağlı Tərtər Rayon İcra Hakimiyyətinin Tədbirlər Planına uyğun olaraq, Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov YAP Tərtər Rayon Təşkilatıın sədri Eldar Əsədovla birlikdə Poladlı kəndində mülki şəhidlər Xaliq və Elşən Abbasov qardaşlarının ailəsində olub, onların qayğıları ilə maraqlanıb.

Görüş zamanı Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov vurğulayıb ki, şəhid ailələrinə, qazilərə və veteranlara göstərilən hərtərəfli diqqət və qayğı Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən həyata keçirilən dövlət siyasətinin əsas prioritetidir. Qeyd edib ki, dövlət başçısının tapşırığına əsasən, bu həssas təbəqədən olan insanların sosial problemlərinin operativ həlli bütün dövlət qurumlarının qarşısında duran ən başlıca vəzifələrdəndir.

İcra başçısı bildirib ki, 44 günlük Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda canından keçən qəhrəman övladlarımızın əziz xatirəsi Tərtərdə hər zaman uca tutulur. Şəhidlərimizin əmanəti olan ailələrin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, onların məşğulluq və digər sosial məsələlərinin həlli rayon İcra Hakimiyyəti tərəfindən hər zaman xüsusi diqqətdə saxlanılır.

Qeyd edək ki, 44 günlük Vətən müharibəsində də təcavüskar Ermənistan beynəlxalq hüququn norma və prinsiplərini pozaraq yaşayış məntəqələrimizi atəşə tutub, dinc sakinlər həlak olub, yaralanıblar. Belə ailələrdən biri də Abbasovlar ailəsidir. 2020-ci ilin sentyabr ayının 29-da erməni təxribatçılarının rayonun Şıxarx qəsəbəsini atəşə tutması nəticəsində Abbasovlar ailəsi bir gündə iki oğlunu Xaliq və Elşəni itiriblər, xeyli insan isə xəsarət alıb. Bu erməni vəhşiliyinin daha bir təzahürüdür. Şəhid olan Xaliqin 41, Elşənin isə 35 yaşı var idi.

Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildiriblər.

Keçidlər