Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtər Rayon İcra Hakimiyyətində vətəndaşların müraciətlərinə operativ surətdə baxılır

25 avqust 2023 | 18:10

Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Azərbaycan Pespublikası Prezidentinə müraciət etmiş Kəlbəcər rayonundan məcburi köçkün, hazırda rayonun Şıxarx  qəsəbəsində məskunlaşmış Hümbətova Durna Camal qızının oğlu Amil Hümbətovu və rayonun Umudlu kəndindən məcburi köçkün Əkbərova Mətanət İnqilab qızını qəbul edib. Qəbulda rayon rəhbəri tərəfindən onların müraciətləri dinlənilib.

Amil Hümbətov 18 ildir yataq xəstəsi olan anası Hümbətova Durna Camal qızının hərəkət məhdudiyyəti olduğu üçün onun əlil arabası  və bezlə təmin olunmasını, qazi anası Əkbərova Mətanət İnqilab qızı rayonun işğaldan azad ounmuş Talış kəndində evlə təmin olunmasını xahiş edib.

Hümbətova Durna Camal qızı hərəkət məhdudiyyəti olduğu üçün rayon icra hakimiyyəti tərəfindən əlil arabası  və gigiyenik vasitələrlə təmin olunub.

Qazi anası Əkbərova Mətanət İnqilab qızının müraciəti ilə bağlı icra başçısı tərəfindən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ilə əlaqə saxlanılıb, hazırda vətəndaşın tələb olunan sənədlərinin toplanaraq  komitəyə təqdim olunması istiqamətində işlər davam edir.

Hər iki vətəndaş qəbuldan razı qalıb, onlar müraciətlərinə dərhal reaksiya verilərək, qəbul olunduqları və müraciətlərinin operativ surətdə həll olunduğu üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Keçidlər