Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtər Rayon İcra Hakimiyyətində vətəndaşların müraciətləri dinlənilib

19 avqust 2025 | 11:57

Tərtər Rayon İcra Hakimiyyətində mütəmadi olaraq vətəndaşlar qəbul edilir, onların problemlərinin həlli istiqamətində əməli addımlar atılır.

Qəbula gələn vətəndaşlar əsasən işlə təminat, maddi köməklik, suvarma suyu ilə təminat, sahibkarlıq üçün torpaq sahəsinin ayrılması, işıq dirəyinin təmir olunması və digər məsələlərlə bağlı müraciət ediblər. Onların müraciətləri diqqətlə dinlənilib, icra hakimiyyətinin səlahiyyətlərinə aid müraciətlər qanun çərçivəsində həll olunub, digər müraciətlərlə bağlı isə vətəndaşlara müvafiq izahatlar verilib, vətəndaş məmnunluğu təmin olunub.

Məlumat üçün bildiririk ki, Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinə yaxınlaşaraq, Tərtər Rayon İcra Hakimiyyəti başçısının, icra başçısının birinci müavininin, habelə Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması, İctimai-siyasi və humanitar məsələlər, Hüquq, Memarlıq və tikinti,  Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbələri üzrə qəbul günləri barədə məlumatı öyrənə, həmçinin Tərtər rayon icra hakimiyyətinə Rəqəmsal İcra Hakimiyyəti (https://rih.gov.az/) portalı vasitəsi ilə də müraciət edə bilərlər.

Keçidlər