Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtər Rayon İcra Hakimiyyətində təsərrüfatbaşına kitabların elektron qaydada işlənməsinin gedişi müzakirə olundu

27 yanvar 2024 | 15:59

Yanvarın 27-də Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədovun rəhbərliyi ilə  təsərrüfatbaşına kitabların elektron qaydada işlənməsinin gedişi, elektron məlumat bazasına işlənilən yekun nəticələrin müzakirə olunaraq qarşıya çıxan problemlərin tez bir zamanda aradan qaldırılması məqsədi ilə aparat müşavirəsi keçirilib.

Müşavirənin işində Tərtər Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, rayon Statistika İdarəsinin rəisi, İƏD üzrə nümayəndələr və aidiyyəti qurumların rəhbərləri iştirak ediblər.

Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədovun çıxış edərək təsərrüfatbaşına uşot sənədlərinin əhəmiyyətindən və müəyyən sosial, iqtisadi göstəricilərin əldə edilməsində  rolundan danışdı. Qeyd etdi ki, son illər ərzində qəbul edilən bir sıra dövlət proqramlarının icrasında və dövlət tədbirlərinin həyata keçirilməsində təsərrüfatbaşına uçot sənədlərinin məlumatlarına istinad edilməkdədir. Xüsusilə təsərrüfatların mülkiyyətində və istifadəsində olan torpaq sahələrinə dair məlumatlar yuxarı idarəetmə orqanlarından daxil olmuş tapşırıqların icrası və təhlillərin aparılması üçün mühüm əhəmiyyət kəsb edir. İqtisadiyyatın inkişafına dair bir sıra qərarların qəbulu bu sahə ilə bağlı dəqiq məlumatların müvcudluğunu zəruri edir.

Rayon Statistika İdarəsinin rəisi Ədalət Məmmədov çıxış edərək nümayəndəliklər tərəfindən təsərrüfatbaşına kitabların elektron məlumat bazasına işlənməsinin yekun nəticələri və qarşıya çıxan çatışmamazlıqlar barədə məlumat verib.

Qarşılıqlı müzakirələr şəkilində keçən müşavirədə çıxış edən İnzibati Ərazi Dairəsi üzrə nümayəndələr təsərrüfatbaşına kitabların elektron qaydada işlənməsi zamanı yaranan çatışmamazlıqların dəqiq və tez bir zamanda aradan qaldırılmasını təmin edəcəklərini bildirimişlər.

Keçidlər