Tərtər Rayon İcra Hakimiyyətində rayon rəhbərinin sədrliyi ilə növbəti aparat müşavirəsi keçirilib
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun sədrliyi ilə keçirilən müşavirədə YAP Tərtər Rayon Təşkilatının sədri Eldar Əsədov, rayon icra hakimiyyəti başçısı aparatının əməkdaşları, idarə, müəssisə və təşkilat rəhbərləri, İƏD üzrə nümayəndələr, bələdiyyə sədrləri iştirak ediblər.
Müşavirədə “Yaşıl dünya naminə həmrəylik ili” ilə bağlı Tədbirlər Planının icrasının təmin edilməsi, vətəndaş müraciətlərinə müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq operativ surətdə baxılaraq vətəndaş məmnunluğunun təmin olunması, şəhid və qazi ailələrinin problem və sosial qayğılarının öyrənilib həlli istiqamətində müvafiq tədbirlərin görülməsi, İƏD üzrə nümayəndələr tərəfindən vergilərin yığılmasına köməklik göstərilməsi, əhali arasında daşınmaz əmlaklarının sığortalanması üçün maariflənmə işlərinin aparılması, şöbələr üzrə verilmiş tapşırıqların icra vəziyyəti, yerlərdə səyyar qəbulların təşkili, rayon ərazisində aparılan tikinti işlərinin mövcud qanunvericiliyin və şəhərsalma-arxitektura tələblərinə uyğun təmin edilməsi, aqrar sahədə aparılan mövsümi işlər, pambıqın becərilməsi, taxıl biçininin vəziyyəti, əkin sahələrinin suvarma suyu ilə təminatı, Tərtər şəhərində, o cümlədən bütün yaşayış məntəqələrində, yolkənarı ərazilərdə təmizlik-abadlıq işlərinin aparılması məsələləri müzakirə olunub.
Rayon rəhbəri tərəfindən müzakirə olunan məsələlər barədə aidiyyəti qrumların rəhbərlərinə müvafiq tapşırıq və tövsiyələr verilib.