Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtər Rayon İcra Hakimiyyətində rayon rəhbərinin sədrliyi ilə aparat müşavirəsi keçirilib

02 aprel 2024 | 18:29

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun sədrliyi ilə keçirilən müşavirədə YAP Tərtər Rayon Təşkilatının sədri Eldar Əsədov, rayon  icra hakimiyyəti başçısı aparatının əməkdaşları, idarə, müəssisə və təşkilat rəhbərləri, İƏD üzrə nümayəndələr, bələdiyyə sədrləri iştirak ediblər.

Müşavirədə “Yaşıl dünya naminə həmrəylik ili” ilə bağlı Tədbirlər Planının icrasının təmin edilməsi, vətəndaş müraciətlərinə müvafiq qanunvericiliyin tələblərinə  uyğun olaraq operativ surətdə baxılaraq vətəndaş məmnunluğunun təmin olunması, şəhid və qazi ailələrinin problem və sosial qayğılarının öyrənilib həlli istiqamətində müvafiq tədbirlərin görülməsi, İƏD üzrə nümayəndələr tərəfindən vergilərin yığılmasına köməklik göstərilməsi, əhali arasında daşınmaz əmlaklarının sığortalanması üçün maariflənmə işlərinin aparılması, şöbələr üzrə verilmiş tapşırıqların icra vəziyyəti, yerlərdə səyyar qəbulların təşkili, rayon ərazisində aparılan tikinti işlərinin mövcud qanunvericiliyin və şəhərsalma-arxitektura tələblərinə uyğun təmin edilməsi, aqrar sahədə aparılan mövsümi işlər, növbəti pambıq əkini üçün fermerlərlə bağlanmış müqavilələrin vəziyyəti, barama saxlanılacaq kümxanaların hazır vəziyyətə gətirilməsi, fermerlərin əkinlərini bəyan etmə prosesinə cəlb olunması, Tərtər şəhərində, o cümlədən bütün yaşayış məntəqələrində, yolkənarı ərazilərdə təmizlik-abadlıq işlərinin aparılması məsələləri müzakirə olunub.

Müzakirə olunan məsələlər barədə başçının birinci müavini Elvin Umudov, YAP Tərtər Rayon Təşkilatının sədri Eldar Əsədov, Tərtər Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Mehman Babayev, rayon Statistika İdarəsinin rəisi Ədalət Məmmədov və “MKT İstehsalat Kommersiya” MMC-nin Tərtər filialının direktor müavini Elmir Mustafayev çıxış edib.

Rayon rəhbəri tərəfindən müzakirə olunan məsələlər barədə aidiyyəti qrumların rəhbərlərinə müvafiq tapşırıq və tövsiyələr verilib.

Müşavirənin sonunda Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov tərəfindən Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 02 fevral 2024-cü il tarixli Sərəncamı ilə “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif etmiş rayon Ağsaqqallar Şurasının sədri Faiq Məmmədova və 97 saylı Tərtər-Naftalan-Goranboy seşki dairəsinin katibi Tofiq Hüseynova yubiley medalları təqdim edilib.

Ziyalılar onlara göstərilən diqqətə və ali mükafata görə respublika prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Keçidlər