Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtər Rayon İcra Hakimiyyətində rayon rəhbərinin sədrliyi ilə aparat müşavirəsi keçirilib

18 mart 2024 | 12:55

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun sədrliyi ilə keçirilən müşavirədə rayon  icra hakimiyyəti başçısı aparatının əməkdaşları, idarə, müəssisə və təşkilat rəhbərləri, İƏD üzrə nümayəndələr, bələdiyyə sədrləri iştirak ediblər.

Müşavirədə “Yaşıl dünya naminə həmrəylik ili” ilə bağlı Tədbirlər Planının icrasının təmin edilməsi, vətəndaş müraciətlərinə müvafiq qanunvericiliyin tələblərinə  uyğun olaraq operativ surətdə baxılaraq vətəndaş məmnunluğunun təmin olunması, şəhid və qazi ailələrinin problem və sosial qayğılarının öyrənilib həlli istiqamətində müvafiq tədbirlərin görülməsi, İƏD üzrə nümayəndələr tərəfindən vergilərin yığılmasına köməklik göstərilməsi, şöbələr üzrə verilmiş tapşırıqların icra vəziyyəti, yerlərdə səyyar qəbulların təşkili, rayon ərazisində aparılan tikinti işlərinin mövcud qanunvericiliyin və şəhərsalma-arxitektura tələblərinə uyğun təmin edilməsi, aqrar sahədə aparılan mövsümi işlər, növbəti pambıq əkini üçün fermerlərlə bağlanmış müqavilələrin vəziyyəti, Tərtər şəhərində, o cümlədən bütün yaşayış məntəqələrində, yolkənarı ərazilərdə təmizlik-abadlıq işlərinin aparılması və Novruz Bayramı münasibəti ilə ümumrayon tədbirinin təşkili məsələləri müzakirə olunub.

Müzakirə olunan məsələlər barədə başçının birinci müavini Elvin Umudov, Qarabağ Regional Mədəniyyət İdarəsinin Tərtər Rayonu üzrə nümayəndəsi Ceyhun İsmayılzadə, Tərtər Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Mehman Babayev, Suvarma Sistemləri idarəsinin rəisi Şəmil Ziyadov, Mərkəzi Aran Regional Enerji Təchizatı və Satışı İdarəsi Tərtər Elektrik Şəbəkəsinin rəisi Vilayət Qafarov, Tərtər şəhər bələdiyyəsi Tünzalə Vəliyeva və “MKT İstehsalat Kommersiya” MMC-nin Tərtər filialının direktor müavini Elmir Mustafayev çıxış edib.

Rayon rəhbəri tərəfindən müzakirə olunan məsələlər barədə aidiyyəti qrumların rəhbərlərinə müvafiq tapşırıq və tövsiyələr verilib.

Keçidlər