Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtər Rayon İcra Hakimiyyətində növbəti aparat müşavirəsi keçirilib

22 aprel 2024 | 10:16

Tərtər Rayon İcra Hakimiyyəti başçının birinci müavini Elvin Umudovun sədrliyi ilə keçirilən müşavirədə rayon  icra hakimiyyəti başçısı aparatının əməkdaşları, İƏD üzrə nümayəndələr və bələdiyyə sədrləri iştirak ediblər.

Müşavirədə vətəndaş müraciətlərinə müvafiq qanunvericiliyin tələblərinə  uyğun olaraq operativ surətdə baxılaraq vətəndaş məmnunluğunun təmin olunması, şəhid və qazi ailələrinin problem və sosial qayğılarının öyrənilib həlli istiqamətində müvafiq tədbirlərin görülməsi, İƏD üzrə nümayəndələr tərəfindən vergilərin yığılmasına köməklik göstərilməsi, əhali arasında daşınmaz əmlaklarının sığortalanması üçün maariflənmə işlərinin aparılması, şöbələr üzrə verilmiş tapşırıqların icra vəziyyəti, rayon ərazisində aparılan tikinti işlərinin mövcud qanunvericiliyin və şəhərsalma-arxitektura tələblərinə uyğun təmin edilməsi, aqrar sahədə aparılan mövsümi işlər, pambıq səpininin vəziyyəti, barama saxlanılacaq kümxanaların hazır vəziyyətə gətirilməsi, Tərtər şəhərində, o cümlədən bütün yaşayış məntəqələrində, yolkənarı ərazilərdə təmizlik-abadlıq işlərinin aparılması məsələləri müzakirə olunub.

Müzakirə olunan məsələlər barədə İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdirinin müavini Zabil Paşayev, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi Elşən Bağırov çıxış ediblər.

Müzakirə olunan məsələlər barədə aidiyyəti şəxslərə müvafiq tapşırıq və tövsiyələr verilib.

Keçidlər