Tərtər Rayon İcra Hakimiyyətində mütəmadi olaraq vətəndaşların müraciətləri dinlənilir
Tərtər Rayon İcra Hakimiyyətində mütəmadi olaraq vətəndaşlar qəbul edilir, onların problemlərinin həlli istiqamətində əməli addımlar atılır.
Qəbula gələn vətəndaşlar əsasən işlə təminat, yeni tikilən evə elektrik və qaz xəttinin çəkilməsi, şəhid ailəsinin evlə təmin olunması və digər məsələlərlə bağlı müraciət ediblər. Onların müraciətləri diqqətlə dinlənilib, icra hakimiyyətinin səlahiyyətlərinə aid müraciətlər qanun çərçivəsində həll olunub, digər müraciətlərlə bağlı isə vətəndaşlara müvafiq izahatlar verilib, vətəndaş məmnunluğu təmin olunub.
Məlumat üçün bildiririk ki, Sənəd dövriyyəsi, vətəndaş müraciətləri və inzibati işlər şöbəsinə yaxınlaşaraq, Tərtər Rayon İcra Hakimiyyəti başçısının, icra başçısının birinci müavininin, habelə Ərazi-təşkilat və ictimai-siyasi məsələlər və Sosial-iqtisadi və memarlıq-tikinti məsələləri şöbələri üzrə qəbul günləri barədə məlumatı öyrənə, həmçinin Tərtər rayon icra hakimiyyətinə Rəqəmsal İcra Hakimiyyəti (https://rih.gov.az/) portalı vasitəsi ilə də müraciət edə bilərlər.






