Tərtər Rayon İcra Hakimiyyətində Müstəqim Məmmədovun sədrliyi ilə aparat müşavirəsi keçirilib
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun sədrliyi ilə keçirilən müşavirədə rayon icra hakimiyyəti başçısı aparatının əməkdaşları, İƏD üzrə nümayəndələr, bələdiyyə sədrləri, idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər.
Müşvairədə Azərbaycan Respublikası Prezidentinin fərmanı və sərəncamlarının yerinə yetirilməsi, Heydər Əliyev ili ilə bağlı Tədbirlər Planının icrasının təmin edilməsi, icra nümayəndələri tərəfindən ev təsərrüfatlarının başdan-başa gəzilərək uçot məlumatlarının yenilənərək "ev təsərrüfatlarının uçotu sistemi”nə işlənməsi və nöqsan və çatışmamazlıqların aradan qaldırılması, vətəndaş müraciətlərinə müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq operativ surətdə baxılıb, özlərinin iştirakı ilə araşdırılaraq vətəndaş məmnunluğunun təmin olunması, şəhid və qazi ailələrinin problem və sosial qayğılarının öyrənilib həlli istiqamətində müvafiq tədbirlərin görülməsi, şöbələr üzrə verilmiş tapşırıqların icra vəziyyəti, yerlərdə səyyar qəbulların təşkili, rayon ərazisində aparılan tikinti işlərinin mövcud qanunvericiliyin və şəhərsalma-arxitektura tələblərinə uyğun təmin edilməsi, aqrar sahədə aparılan mövsümi işlər, növbəti pambıq əkini üçün fermerlərlə bağlanmış müqavilələrin vəziyyəti, əkilmiş tut tinglərinin becərilməsi, Tərtər şəhərində aparılan yenidənqurma və bütün yaşayış məntəqələrində, yolkənarı ərazilərdə təmizlik-abadlıq işlərinin aparılması məsələləri müzakirə olunub.
Müzakirə olunan məsələlər barədə başçının birinci müavini Elvin Umudov, rayon Statistika İdarəsinin rəisi Ədalət Məmmədov çıxış ediblər.
Rayon rəhbəri tərəfindən müzakirə olunan məsələlər barədə aidiyyəti qrumların rəhbərlərinə müvafiq tapşırıq və tövsiyələr verilib.