Tərtər Rayon İcra Hakimiyyətində Məhərrəm ayının başlanması ilə bağlı şura iclası keçirilib
Tərtər rayon İcra Hakimiyyəti başçısı yanında keçirilən şura iclasında rayon prokuroru Əli Qurbanov, polis şöbəsinin rəisi Elçin Qasımov, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Tərtər Rayon Şöbəsinin rəisi Anar Əliyev, rayon icra hakimiyyəti başçısı aparatının əməkdaşları, idarə, müəssisə, təşkilat rəhbərləri, İƏD üzrə nümayəndələr və din xadimləri iştirak ediblər.
Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək Məhərrəm ayı ərəfəsində rayonda dini durumun vəziyyəti barədə danışıb və keçiriləcək dini mərasimlərin Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının verəcəyi fətvanın tələblərinə uyğun aparılmasını tövsiyyə edib.
Rayon rəhbəri bildirib ki, rayon ərazisində 5 məsçid və 1 ziyarətgahda (Ələm ocağı) dini mərasimlərin keçirilməsinə icazə verilib. Küçələrdə, digər ziyarətgahlarda, evlərdə ehsan süfrələrinin açılması, dini mərasimlərin təşkili tövsiyyə olunmur.
Rayon icra hakimiyyətinin başçısı hüquq-mühafizə orqanlarına Aşura günlərində içtimai asayişin sabitliyinə nəzarəti gücləndirməyi, məscidlərdə fəaliyyət göstərən din xadimlərinə isə dini mərasimlərin təşkili zamanı öz üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirməyi, tədbirlərdə son dərəcə məsuliyyətli olmağı tapşırıb.
Sonra rayon Polis Şöbəsinin rəisi Elçin Qasımov çıxış edərək rayon ərazisində dini mərasimlərin layiqincə yerinə yetirilməsi barədə görüləcək işlər haqqında danışıb.