Tərtər Rayon İcra Hakimiyyətində könüllülərə sertifikatlar təqdim olunub
Noyabrın 11-də Tərtər rayon İcra Hakimiyyətində fəaliyyət göstərən könüllülər ilə görüş keçirilib. Görüşdə Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov könüllü gəncləri təbrik edərək, könüllülük hərəkatının əhəmiyyətindən danışıb.
Rayon rəhbəri ölkə başçısı cənab İlham Əliyevin göstəriş və tapşırıqlarına uyğun olaraq gənclər üçün geniş şəkildə proqramlar icra olunduğunu, gənclər siyasətinin uğurla davam etdirildiyini, Azərbaycan gənclərinin Respublika prezidenti ətrafında sıx birləşdiyini və könüllülərimizin fəaliyyətinin çox önəmli olduğunu qeyd edib, bu gün ölkəmizdə keçirilən beynəlxalq tədbirləri, dünya və Avropa miqyaslı idman yarışlarını könüllülərsiz təsəvvür etmək mümkün olmadığını bildirİb. Qeyd olunub ki, könüllülərin fəaliyyətinə qoşulmuş 28 nəfər gəncdən artıq 10 nəfəri Tərtər rayon İcra Hakimiyyətində, 1 nəfər isə YAP rayon təşkilatında müvafiq işlə təmin olunub.
Görüşdə çıxış edən könüllülər gənclər üçün yaradılan şəraitə, onlara göstərilən xüsusi qiqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz təşəkkürlərini bildiriblər.
Tərtər rayon könüllülər qrupunda fəaliyyətə qoşulmuş və könüllü kimi 2 ay müddətində işləyib müqavilə öhdəliklərini uğurla başa vuran 5 nəfər gəncə-İsayeva Həcər Çingiz qızına, Yusifli Əsmər Suludin qızına, Aslanova Ləman Maarif qızına, Quluzadə Rahil Yusif oğluna və İsayev Coşqun Elgiz oğluna rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov tərəfindən xüsusi sertifikatlar təqdim edilib.