Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtər Rayon İcra Hakimiyyətində icra başçısı Müstəqim Məmmədovun sədrliyi ilə geniş aparat müşavirəsi keçirilib

12 noyabr 2022 | 15:11

Müşavirədə rayon  icra hakimiyyəti başçısı aparatının əməkdaşları, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və  Arxitektura Komitəsi yanında  Qarabağ Regional Şəhərsalma və Memarliq Baş İdarəsinin rəisi İlqar Sadıqov, rayon polis şöbəsinin rəis müavini Həsən Məmmədov, rayon qeydiyyat  şöbəsinin rəisi vəzifəsini icra edən Züleyxa Mustafayeva, İƏD üzrə nümayəndələr , bələdiyyə sədrləri, idarə, müəssisə və təşkilat rəhbərləri, rayon Ağsaqqalar şurasının sədri Faiq Məmmədov, Tərtər Cümə Məscidinin imamı Sadiq Cəfərov  iştirak ediblər.

Müşvairədə Azərbaycan Respublikası Prezidentinin fərmanı və sərəncamlarının yerinə yetirilməsi, vətəndaş müraciətlərinə müvafiq qanunvericiliyin tələblərinə  uyğun olaraq operativ surətdə baxılıb, özlərinin iştirakı ilə araşdırılaraq vətəndaş məmnunluğunun təmin olunması, şəhid və qazi ailələrinin problem və sosial qayğılarının öyrənilib həlli istiqamətində müvafiq tədbirlərin görülməsi, icra nümayəndəliklərində təsərrüfatbaşına kitabların Elektron sistemə işlənilməsinin nəticələri və çatışmazlıqların aradan qaldırılması, erkən nikah, yaşayış məntəqələri ərazisində qanunsuz tikililərin qarşısının alınması, heykəltəraşlıq abidələrinin, xatirə-memorial və memarlıq komplekslərinin ucaldılması və demontajı işlərinin mövcud qanunvericiliyin və memarlıq–arxitektura tələblərinə uyğun təmin edilməsi məsələləri müzakirə olunub.

Müzakirə olunan məsələlər barədə rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin  yanında Qarabağ Regional Şəhərsalma və Memarlıq Baş İdarəsinin rəisi İlqar Sadıqov, Əmlak  Məsələləri Dövlət Xidmətinin tabelyində DƏDKR-i publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin Tərtər Rayon şöbəsinin müdiri Şahrəddin Əliyev, rayon polis şöbəsinin rəis müavini Həsən Məmmədov, rayon qaz idarəsinin  rəisi Müxlis Əmirov, Tərtərçay Hidroqovşağı istismarı idarəsinin rəisi Emil Hacıyev, Tərtər Suvarma sistemləri idarəsinin rəis müavini Zahid İbrahimov, Su-kanal idarəsinin rəisi Elnur Abbasov, rayon Elektrik şəbəkəsinin baş mühəndisi Sərvan Məmmədov, Tərtər Telekommunikasiya qovşağının rəisi Cavid Əliyev  çıxış ediblər.

Müzakirə olunan məsələlər barədə icra başçısı aidiyyəti qrumların rəhbərlərinə tapşırıq və tövsiyələr verib, qanunsuz tikililərə qarşı birlikdə vaxtında tədbir görməyi tapşırıb.

Keçidlər