Tərtər Rayon İcra Hakimiyyətində həftə ərzində bir çox vətəndaşın müraciətləri dinlənilir
Tərtər Rayon İcra Hakimiyyətində həftə ərzində vətəndaşlarla görüşlər keçirilir, onların problemlərinin həlli istiqamətində əməli addımlar atılır. Həftə ərzində keçirilən görüşlərdə Tərtər Rayon İcra Hakimiyyəti başçısının müavinləri və şöbə müdirləri ilə yanaşı YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov da iştirak edir.
Təsdiq olunmuş qrafik üzrə keçirilən qəbullarda sakinlərin sosial-iqtisadi, ictimai-siyasi və humanitar, tikinti və memarlıq, təsərrüfat, hüquq və digər sahələr üzrə müraciətləri dinlənilir. Fərdi qaydada baş tutan qəbullarda səsləndirilən müraciətlərin bəziləri yerindəcə öz həllini tapır. Araşdırılması vacib olan məsələlər isə müvafiq qurumlara yönləndirilir.
Nəzərinizə çatdıraq ki, sakinlər Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinə yaxınlaşaraq, Tərtər Rayon İcra Hakimiyyəti başçısının, icra başçısının birinci müavininin, habelə Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması, İctimai-siyasi və humanitar məsələlər, Hüquq, Memarlıq və tikinti, Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbələri üzrə qəbul günləri barədə məlumat əldə edə bilərlər.
Qeyd edək ki, bütün keçirilən görüşlərin əsasında Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq vətəndaş məmnunluğu dayanır.