Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtər Rayon İcra Hakimiyyətində dini durumun vəziyyəti barədə müşavirə keçirilib

25 iyul 2023 | 16:55

Tərtər rayon İcra Hakimiyyəti başçısı yanında Məhərrəm ayının başlanması ilə bağlı müşavirə keçirilib.

Müşavirədə rayon prokuroru Əli Qurbanov, polis şöbəsinin rəisi Elçin Qasımov, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Tərtər Rayon Şöbəsinin rəisi Anar Əliyev, rayon icra hakimiyyəti başçısı aparatının əməkdaşları, İƏD üzrə nümayəndələr, Tərtər Cümə Məscidinin imamı, Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi Sadiq Cəfərov, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin Ağcabədi Bölgəsi üzrə şöbəsinin əməkdaşı Pərviz Quluyev və kənd Məscidlərinin mütəvəlliləri iştirak ediblər.

Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov müşavirəni açaraq Məhərrəm ayı ərəfəsində rayonda dini durumun vəziyyəti barədə danışıb və keçiriləcək dini mərasimlərin Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının verəcəyi fətvanın tələblərinə uyğun aparılmasını tövsiyyə edib.

Rayon rəhbəri bildirib ki, rayon ərazisində 5 məsçid və 1 ziyarətgahda (Ələm ocağı) dini mərasimlərin keçirilməsinə icazə verilib. Küçələrdə, digər ziyarətgahlarda, evlərdə ehsan süfrələrinin açılması, dini mərasimlərin təşkili tövsiyyə olunmur.

Rayon icra hakimiyyətinin başçısı hüquq-mühafizə orqanlarına Aşura günlərində içtimai asayişin sabitliyinə nəzarəti gücləndirməyi, məscidlərdə fəaliyyət göstərən din xadimlərinə isə dini mərasimlərin təşkili zamanı öz üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirməyi, tədbirlərdə son dərəcə məsuliyyətli olmağı tapşırıb.

Müşavirədə rayon Polis Şöbəsinin rəisi Elçin Qasımov və Tərtər Cümə Məscidinin imamı Sadiq Cəfərov çıxış edərək rayonunda məscidlərdə dini mərasimlərin layiqincə yerinə yetirilməsi barədə görüləcək işlər haqqında danışıblar.

Keçidlər