Tərtər Rayon İcra Hakimiyyətində aparatın baş mütəxəsisi Rəfael Hacıyevin 70 illik yubleyi qeyd olunub
Tərtər Rayon İcra Hakimiyyətində aparatın baş mütəxəsisi Hacıyev Rəfael Lətif oğlunun 70 illik yubileyi münasibəti ilə tədbir keçirilib.
Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov yubilyarı təbrik edərək, ona uzun ömür, can sağlığı arzulayıb. Bildirib ki, Rəfael Hacıyev 50 il əmək stajına malikdir və uzun müddətdir ki, dövlət qulluğunda çalışır. İşində məsuliyyətli və intizamlıdır, gənclərin ondan öyrənəcəyi çox şey var. Uzun illər eyni vəzifədə çalışmaq, işini ürəkdən sevmək, kollektivin dərin hörmətini qazanmaq hər kəsə nəsib olmur.
Rəfael Hacıyev kolletiv üçün həmişə dəyərli insandır. Onu dəyərli edən isə dövlətə, dövlətçiliyə sədaqətidir.
Sonra rayon rəhbəri yubilyara rayon icra hakimiyyətinin fəxri fərmanını və qiymətli hədiyyə təqdim edib. Rəfael Hacıyevlə xatirə şəkli çəkilib.
Rəfael Hacıyev ona göstərilən diqqət və qayğıya görə rayon rəhbərinə minnətdarlığını bildirib.